Bəlkə, bu, başlanğıcdır?

Bəlkə, bu, başlanğıcdır?

Son günlər mən iki məqama təəccüb edirəm.
 
Birincisi, Rusiya ilə Ukrayna arasında müharibənin başlanmasıdır.
 
Mən belə şeyə inanmırdım. Tamamilə inanmaqdan imtina edirdim. Bu, mənə indiki zamanda tamamilə mümkünsüz görünürdü və Çexovun bu zarafatyana sözlərinə bənzəyirdi: "Bu, ola bilməz, çünki bu, heç vaxt ola bilməz".
 
Bilmirəm, hadisələr necə inkişaf edəcək, amma Putin Ukrayna şəhərlərini atəşə məruz qoyur. Qurbanlar və dağıntılar var. Zelenski ölkədə hərbi vəziyyət elan edib. Hər şey Çinin sonuncu , 543- cü xəbərdarlığına uyğun baş verib və tamamilə ciddi təsir bağışlayır.
 
İkincisi, (bu, məni təkcə təəccübləndirmədi, həm də diqqətimi çəkdi), hələ ilk atəşlərdən öncə yəhudilər özlərinin ikinci vətənləri İsrailə üz tutdular. Bir gün ərzində, fevralın 21- də Ben Qurion hava limanı reyslərin sayını artıraraq 5 min yəhudini qəbul edib. Belə çıxır ki, həqiqətən, Avraamın nəslinin bir çox illər ərzində əzilən və ayrı-seçkiliyə məruz qalan xalqının bu gün bəzi üstünlükləri meydana çıxıb. Fors- major hallarda "bədbəxt yəhudinin hara getməsi" üçün yeri var. Allaha şükürlər olsun ki, indi onları gözləyən, sığınacaq verən və qoruyan öz ölkəsi var.
 
İlk günlər və saatlar haqqında məlumatları oxuyaraq:
 
"Ukraynada vəziyyət kəskin surətdə pisləşib. Bir çox şəhərlərdə partlayışlar baş verib, hərbi əməliyyatlar aparılır", - mən düşüdüm ki, bu, başlanğıc deyilmi?
 
Birinci dünya savaşı 1914- cü ildə ertshersoq Frans-Ferdinandın qətlindən başlayıb.
 
İkinci dünya savaşı 1939- cu ildə Hitlerin öz qoşunlarını Polşaya yeridəndən sonra başlayıb.
 
Bəs üçüncü dünya savaşı?
 
Onun nə ilə bitəcəyini hələ Albert Eynşteyn proqnozlaşdırıb: " Mən bilmirəm üçüncü dünya savaşı hansı silahlarla aparılacaq, amma dördüncü dünya savaşı  ağac və daşlarla olacaq".
 
Lev Madorski, "9- cu telekanal", İsrail






Fikirlər