“Azərbaycanda Zelenski haqda bu tipli düşüncələr siyasi cəhalətin fəsadlarıdır...”

“Azərbaycanda Zelenski haqda bu tipli düşüncələr siyasi cəhalətin fəsadlarıdır...”

Azərbaycan ordusu kimi Ukrayna ordusu da illər boyu Rusiya tərəfindən dağıdılıb. Buna rəğmən Zelenski...”
 
“Hesab etmirəm ki, Zelenski qaranlıq fiqurdur. O, normal və legitim prezidentdir, onu seçmiş xalq qarşısında hesabatlılığı və məsuliyyəti olan bir dövlət başçısıdır. Guya onun arxasında hansısa qaranlıq gücün durması, kimlərinsə onu hakimiyyətə gətirməsi və onunn əli ilə müəyyən işlər görməsi kimi fikirləri, sözün açıığı, ciddi qəbul etmirəm”
Bu fikirləri siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu Moderator.az əməkdaşının “Sizcə, Zelenski doğrudan da ölkəsinin əsl qəhrəman prezidentidir, yoxsa bəzilərinin düşündüyü və ya təbliğ etdiyi kimi, qaranlıq super güclərin öz oyunları üçün yararlandığı fiqurdur?”  sualını cavablandırarkən ifadə edib.
 
“Siyasətin ən ciddi tərəfi onun görünən tərəfidir. Yəni hələ Bismarkdan gələn bir “real politik” anlayışı var. “Real politik” odur ki, siyasətçi seçkilərə gedir, seçilir və ölkəni idarə etməyə başlayır; bu zaman o ya ölkənin maraqlarına xidmət etmir, yaxud  öz maraqlarına və ya hansısa xarici qüvvənin maraqlarına xidmət edir. Zelenski hakimiyyətə gəldiyi gündən Ukraynanı illər boyu dağıdılımış, talanmış bir vəziyyətdən çıxarmağa çalışır. Və Rusiya ilə savaş da göstərdi ki, o, prezident olaraq xalqının yanındadır, xarici təhdidlərdən qorxmur, çəkinmir və ən qətiyyətli addımlar atır... Azərbaycan ordusu kimi Ukrayna ordusu da Rusiya tərəfindən illər boyu dağıdılıb. Buna rəğmən Zelenski cəmi iki il ərzində Ali Baş Komandan və dövlət başçısı kimi ölkə ordusunun islah olunması üçün müstəsna xidmətlər göstərib. Ona görə mən gördüklərimiz dəyərləndirirəm. Pərdə arxasında görünməyən bir şeyi axtarmaq, onu uydurmaq və onun haqqında danışmaq - bu, ekspertin işi deyil. Ekspertin işi obyektiv dəyərləndirməkdir. Ona görə də hesab edirəm ki, Azərbaycandakı bu tipli düşüncə, bu konspiroloji düşüncə, bu, artıq siyasi savadsızlığın, cəhalətin fəsadlarıdır. Mən belə bir cəhalətə imza ata bilmərəm və özümü cahil və dünyagörüşsüz saymıram. Mən ekspert olaraq hər hansı siyasi fiquru və ya situasiyanı obyektiv kriterilər əsasında dəyərləndirirəm. Və bu prizmadan yanaşdıqda Zelenskini qəhrəman prezident hesab edirəm”- deyə politoloq vurğulayıb. 
 
Sultan Laçın






Fikirlər