"Bu, həmin Rusiyadır, Azərbaycanı təzyiq altında saxlamaq istəyir" - Rauf Arifoğlu

2022/05/10871-1651911972.jpg

“Rusiya vaxtaşırı bu mövzunu gündəmə gətirir və hədəf ölkələr sırasında Azərbaycanın, o cümlədən Gürcüstanın da adını çəkir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında “Yeni Müsavat” qəzetinin baş redaktoru, siyasi şərhçi Rauf Arifoğlu deyib.

Baş redaktor DTX tərəfindən bu gün yayımlanan bəyanat barədə fikirlərini bölüşüb.

Xatırladaq ki, DTX-nin yaydığı açıqlamada deyilir:

“Son zamanlar Azərbaycanda guya üçüncü ölkələrin maliyyə dəstəyi ilə bioloji silahlar üzrə elmi tədqiqatlar aparan mərkəzlərin fəaliyyət göstərməsi barədə bir neçə dəfə, o cümlədən beynəlxalq tədbirlər çərçivəsində Rusiya Federasiyasının təmsilçiləri tərəfindən müəyyən fikirlər səsləndirilmişdir. Heç bir fakt göstərilmədən irəli sürülmüş bu mülahizələr respublikamızın ictimaiyyəti tərəfindən müəyyən narahatçılıqla qarşılanması müşahidə edilməkdədir”.

Öz növbəsində R. Arifoğlu deyib:

“Təbii ki, heç bir fakt və əsas olmadan bunu qeyri-rəsmi şəxlsərin adı ilə deyirlər. Yəni Rusiya Azərbaycanı təzyiq altında saxlamaq istəyir, ona görə də, bu səpkili bəyanatlarla çıxış edir.

Bilirsiniz, bu, Rusiyadır. Postsovet ölkələrinə təhdid və təzyiq təşkil edən bir dövlətdir. Həmçinin də, həmin təhdid və təzyiqləri Azərbaycana, Gürcüstana, Moldovaya, Ukraynaya və digər ölkələrə də aiddir.

Əlbəttə ki, bu iddiaların heç bir əsası yoxdur və biz Rusiyanın Azərbaycana yönəlik qara piarını və təhdid kampaniyasını çox görümüşük. Bu da onlardan biridir və bunu pisləyirik.

Bunun arxasında Azərbaycanın Ukraynaya ilə bağlı göstərdiyi mövqe də ola bilər, amma Rusiya hər zaman Azərbaycana qarşı ikili standartlarla davranıb və Azərbaycana qarşı münasibətlərdə yanlış və qərəzli mövqe sərgiləyib”.






Fikirlər