Rusiyada “Sohnut” Beynəlxalq Yəhudi Agentliyinin fəaliyyəti QADAĞAN edilib...

Rusiya ərazisində “Sohnut” Beynəlxalq Yəhudi Agentliyinin fəaliyyəti qadağan edilib.

Musavat.com “Report”a istinadən xəbər verir ki, məlumatı İsrailin Aliyah və İnteqrasiya Nazirliyinin nümayəndəsi də təsdiqləyib.

Bildirilib ki, “Sohnut”a Rusiya Federasiyası ərazisində fəaliyyətinin dayandırmaqla bağlı məktub təqdim olunub. Sənəddə bu qadağanın müddəti göstərilməyib.

Aliyah və inteqrasiya naziri Pnina Tameno-Şete məsələ ilə bağlı bildirib:

“Bu gün səhər (iyulun 5-də-red.) Rusiya Ədliyyə Nazirliyinin qərarı barədə məlumat veriblər. “Sohnut” Yəhudi Agentliyi dünyanın hər yerindən olan yəhudilərin İsrail Dövlətinə repatriasiyası üçün hökumətin, Aliyah və İnteqrasiya Nazirliyinin mühüm tərkib hissəsidir. Biz elə etməliyik ki, onların fəaliyyəti uzun illər davam etsin. Baş naziri problemin həlli ilə bağlı Rusiya rəhbərliyi ilə işləməyə çağırmışam. Qərarın nəticələrindən narahat olan Rusiyadakı yəhudi icmasını dəstəkləyirəm. Aliyah Rusiya yəhudilərinin əsas hüququdur. Biz onu olduğu kimi qorunub saxlanmasına çalışacağıq”.

Qeyd edək ki, mərkəzi İsraildə yerləşən “Sohnut” Beynəlxaql Yəhudi Agentliyi dünyada yəhudilərin repatriasiyası, sionist tərbiyəsi ilə məşğul olur.

Xatırladaq ki, Rusiyanın Ukraynada müharibəsinə qarşı olan Moskvanın baş ravvini Pinxas Qoldşmidt iyunda ölkəni tərk edərək İsrailə köçüb.






Fikirlər