Ekspert: Zəlzələ seçkilərin nəticəsinə birbaşa təsir göstərəcək...

Ekspert: Zəlzələ seçkilərin nəticəsinə birbaşa təsir göstərəcək

“Türkiyədə zəlzələnin ən çox hiss edildiyi, dəhşətli faciələrə yol açdığı vilayətlər, şəhərlər Kilis, Diyarbakır, Adana, Osmaniye, Qaziantep, Şanlıurfa, Adıyaman, Malatya, Kahramanmaraş ve Hataydır. Təqribən, 13,8 mln. əhali yaşayan bölgədir, çox ağır dağıntılar və itkilər var, ağır dərddir, ürək dözmür, amma bəzi ilkin analizlərə də ehtiyac var”. 

Yenisabah.az Pravda-ya istinadla xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib.

O qeyd edib ki, həmin şəhərlərin bələdiyyə başqalarının partiya üzvlüyünə baxsaq Kilis, Osmaniye, Gaziantep, Şanlıurfa, Adıyaman, Malatya, Kahramanmaraş AKP-ni, bircə Osmaniyede MHP-dir, Diyarbakır HDP-ni, Hatay və Adana isə CHP-ni təmsil edirlər:

“Bu nədən önəmlidir?! Türkiyədə şəhərsalmada, binaların tikintisinə, qəbuluna görə qanunveciliyikdə Bələdiyyələrin çox böyük səlahiyyətləri var. Məncə, bu zəlzələnin dəhşətli görüntüləri Türkiyədə may ayında baş tutacaq seçkilərin nəticəsinə birbaşa təsir göstərəcək.

 

Bələdiyyə seçkilərinin önəmini də artıracaq, vətəndaşların şəhərlərin idarəetməsinə daha effektiv nəzarət mexanizmlərinin yaranmasına da səbəb olacaq. Yəni bu faciənin nəticələrində ən böyük məsuliyyət AKP-də olsa da, amma hər bir partiyanın da öz günah payı var. İnsanlar zəlzələnin qarşısını almaqda acizdilər, amma vurduğu zərəri minimuma endirmək mümkündür, buna isə şəffaf və ağılı idarəetmə ilə nail olmaq olar”.

 






Fikirlər