"Məni qətlə yetirmək üçün xüsusi əməliyyat gedir..." - Saakaşvilinin arzusu çin olacaqmı?

"Mən Ukraynanın qələbəsinə və bütün putinçilərin sonuna şahidlik etmək istəyirəm..."
 
"Mən Gürcüstana və dünyaya müraciət edirəm: bu cinayətkar korporasiyaya öz zalım niyyətlərini həyata keçirməyə imkan verməyin..."
 
Həkimlər Saakaşvilinin balanslı qidalanmadığını deyir...
 
Saakaşvili bəyan edib ki, Ukraynanın qələbəsini görmək istəyir
 
Gürcüstan həbsxanasında cəza çəkən Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin sağlamlıq vəziyyəti pisləşir.
 
Moderator.az xəbər verir ki, bu barədə fevralın 22-də Tbilisidəki "Vivamed" klinikasının həkimləri bəyan edib.
 
Məlumatı "Novosti-Qruziya" nəşri yayıb.
 
Həkimlər "pisləşməyə meyli, ümumi zəiflik və ətraflarda ağrıları təsdiq edib", baş verənlərin əsas səbəbi kimi "balanslı olmayan qidalanma"nı göstəriblər.
 
Endokrinoloqun sözlərinə görə, Saakaşvili gün ərzində tövsiyə edilən 1700 əvəzinə 300-400 kalori istifadə edir, "lakin öz bildiyi kimi qidalanmaqda davam edir".
 
Klinikanın kliniki direktoru Zurab Çxaidze bəyan edib ki, xəstəxana mümkün olan hər şeyi edir, lakin "həkimlərin məqsədi pasiyentin məqsədi ilə üst-üstə düşməlidir".
 
"Novosti-Qriziya" yazır ki, Saakaşvilinin diaqnozlarından biri "çəkinin nəzarət edilməyən qorxulu itirilməsidir", yəni kaxeksiyadır.
 
"Saakaşvilinin ailəsi deyir ki, onun orqanizmi qidanı qəbul etmir və o, yeyə bilmir. Belə vəziyyətin demensiya və anoreksiya diaqnozları ilə bağlı olduğunu bundan öncə müstəqil ekspertiza
bəyan edib, lakin onun nəticələrini Gürcüstan hakimiyyəti qəbul etmir", - agentlik vurğulayıb.
 
Tibb işçilərinin bəyanatlarından sonra Saakaşvilinin "Facebook" səhifəsində onun şərhi dərc edilib.
 
"Yeganə həqiqət bundan ibarət olub ki, mənim vəziyyətim ciddidir və sürətlə pisləşir, klinika praktiki olaraq heç nə edə bilmir. Yerdə qalanlar yalandır. Bu klinika mənim əsas xəstəliləklərimi, o cümlədən metallarla zəhərlənmə, anoreksiya və kaxeksiyanı müalicə etməkdən imtina edib. Heç kim mənim qədər yaşamaq istəmir", - o, bəyan edib.
 
Siyasətçi vurğulayıb ki, o, "Ukraynanın əlçatan olan qələbə qazanmasına və bütün putinçilərin sonuna şahidlik etmək istəyir".
 
"Biz mənim qətlim üzrə xüsusi əməliyyatın son mərhələsindəyik. Mən Gürcüstana və dünyaya müraciət edirəm. Bu cinayətkar korporasiyaya öz zalım niyyətlərini həyata keçirməyə imkan verməyin", - Saakaşvili çağırış edib.






Fikirlər