Əvəz Zeynallının istintaqı başa çatdı...
Xural TV internet kanalının rəhbəri, jurnalist Əvəz Zeynallının istintaqı yekunlaşıb. Bu barədə jurnalistin vəkilləri bildirib. Məlumata görə, yaxın günlərdə günlərdə cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək. O Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178, 311, 312 – ci maddələri ilə ittiham olunur. Qeyd edək ki, beynəlxalq təşkilatlar Əvəz Zeynallını azad etmək üçün hökumətə çağırış edib.