“Yad ölkədə gəbərəcəklər, cəsədləri də yandırılıb...” – Deputatdan sərt açıqlama

Qüdrət Həsənquliyev: “Deputatların “topdaşıyan”ı indi nazir olub”

“Orxan Pamuk öz xalqına xəyanət edib Nobel mükafatı alana qədər milyonlarla nüsxədə  nəşr olunmuş  əsərlər yazmışdı, dünya miqyasında tanınırdı. Amma bir türk olduğu üçün ona Nobel mükafatı verilmirdi”.

AzerTaym.az" bildirir ki, bunu Moderator.az-a müsahibəsində millət vəkili Qüdrrət Həsənquliyev deyib.

O, qeyd edib ki, şöhrətpərəstlik xəstəliyinə yoluxmuş bu şəxs bunu anladığınadan 2005-ci ildə İsveç jurnalına öz xalqını soyqırımda ittiham edən müsahibə verdi və növbəti il Nobel mükafatı aldı. 

Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbərin oğlu İlkin Qəmbərin “erməni soyqırımı” ilə bağlı paylaşımı fonunda bu mövzuda danışan deputat qeyd edib ki, Orxan Pamukun istedadı var idi: “Bizim  yazılarından daha çox intriqaları ilə fərqlənən şöhrətpərəstlərimiz də onun yolu ilə getmək istədi, ancaq qazandıqları  xalqın nifrəti oldu. Yazdıqlarını ermənilər 5-10 dilə tərcümə etsələr də bədii məziyyətlərinə görə heç kim oxumadı, xalqımızı aşağılayan cızma-qaralar isə daşlaşdı,"daş yuxusuna" getdi. 

Qazandıqları ad isə o oldu ki, yalnız milli kimliyini, ruhunu şeytana təslim edənlər öz xalqına qarşı belə davrana bilər. 

Xaricdə ermənipərəst dairələrin əlinin altında işləyən bəzi gənclər  atalarının yazdıqlarına  belə tüpürərək öz xalqına qarşı çıxmaqla populyarlaşmaq, pul qazanmaq, düşmənlərimizdən "əhsən" almaq yolunu tutublar. Bizə düşmən dövlətlərdə sığınacaq alıb müftə, ələbaxan  yaşamaq, bunun  qarşılığında ölkəmizdə mənəvi mühiti iyləndirmək istəyən ünsürlər bir gün mütləq layiq olduqları cəzanı alacaqlar, ya da yad ölkədə gəbərəcəklər, cəsədləri də yandırılıb külləri kanalizasiyalara axıdılacaq və xalqımız durduqca onlar lənət ünvanı olacaq, törəmələri bu ləkəni daşıyacaq”.

 






Fikirlər