“Xankəndi və ətraf bölgələr təmizlənəcək“ - Partiya sədri

“Xankəndi və ətraf bölgələr təmizlənəcək“ - Partiya sədri

"ABŞ Dövlət katibi Entoni Blinken uçtərəfli görüşü irəliyə doğru addım kimi qiymətləndirsə də, Ermənistan sülhə hazır deyil". 

Bunu Bakupost.az -a açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev bildirib.

O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yaxın vaxtlarda imzalanacağı real deyil:

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri Vaşinqtonda müxtəlif məsələləri müzakirə etdilər. Əvvəlcə gözləyirdik ki, sülh müqaviləsinin imzalanması üçün ilkin sənəd layihəsi hazırlana bilər. ABŞ buna inam nümayiş etdirsə də, ermənilər revanşist iddiallarından əl çəkməyiblər. Bununla belə, Azərbaycan təzyiqləri dəf etmək üçün görüşlərə getməlidir. Bu görüşlər Azərbaycanın maraqlarına uyğundur. Dünyaya sübut etməliyik ki, ermənilər verdiy sözə əməl etmir, hər cür razılaşmadan qaçırlar. Bütün hallarda biz nəticəni qiymətləndirib planlarımızı qurmalıyıq. Çoxları hesab edir ki, danışıqlar nəticəsində erməniləri razılığa gətirmək mümkün olacaq. Amma düşünürəm ki, ermənilərlə bizim aramızda sülh müqaviləsi yaxın müddətdə imzalanmayacaq. Ona görə ki, ermənilər bunu istərmir və Paşinyan hökuməti, erməni cəmiyyəti, diasporu, müxalifəti hələ buna hazır deyil. Bu səbəbdən müxtəlif təxribatlar törədirlər. Bu görüş ərəfəsində “Nemezis” abidəsinin açılışı erməni adasporunun işi idi. Amma bütün hallarda Paşinyan vəziyyətə nəzarət edə bilmir. O, Qarabağın Azərbaycanın tərkibində qalmasını da istəmir”.

Elşad Musayevin sözlərinə görə, Azərbaycanın tək çıxış yolu növbəti anti-terror əməliyyatının keçirilməsidir:

"Çünki başqa variantımız yoxdur. Lazım gəlsə, Zəngəzurun Azərbaycana qaytarılması gündəmə gələcək. Toqquşmalardan sonra Ermənistan məcbur olub kapitulyasiya aktı imzalayacaq. Bizim sərhəd-keçid məntəqəsinin qurulması özü bir antiterror əməliyyatıdır. Azərbaycan ordusunun ayrı-ayrı bölmələri və xüsusi təyinatlıları orada hər hansı təxribata qarşı hazır vəziyyətdə gözləyir. Sadəcə, bunun üçün şərait yetişməlidir. O zaman Azərbaycan Xankəndini də, ətraf bölgələri də təmizləyəcək. Eyni zamanda Zəngəzur dəhlizini də açacaq. Azərbaycan prezidenti dedi ki, Zəngəzura qayıdacağıq. Ermənilər prezidentin nə dediyini hələ başa düşmür. Fikirləşirlər ki, onlara qarşı ərazi iddiasındayıq. Biz ərazi iddiasında deyilik. Bizim ərazilərimiz işğalı olunub və biz onu geri qaytarmalıyıq". 

 






Fikirlər