Laçın şəhəri hələ də Rusiyanın virtual “işğalı”ndadır... -XƏRİTƏLƏR

Laçın şəhəri hələ də Rusiyanın virtual “işğalı”ndadır...-XƏRİTƏLƏR

Hesab edirik ki, Azərbaycan dövləti tərəfindən buna rəsmi etiraz bildirilməli və Rusiya tərəfindən də rəsmi izahat tələb edilməlidir...”
 
“Və bir daha təkrar etməyə məcburuq: Rusiya tərəfinin, yəqin ki, “təsadüfi, texniki xəta” adlandıracaqları bu olay məhz  Azərbaycan Prezidentinin Laçın şəhərinə ilk köçürülən ailələrə evlərinin açarlarını təqdim etməsi, yəni şəhərin məskunlaşdırılmağa(!) başlanmasından iki gün sonra və Azərbaycan və Ermənistan liderlərinin Kişinyov görüşündən bir gün öncə baş verdi?..”
 
Xəbər verdiyimiz kimi, Rusiya imperiyasının Azərbaycan Respublikası ərazisinin bir hissəsində artıq 2 il yarımdan çoxdur ki,  müvəqqəti(!)  qalmaq  şərti ilə yerləşdirilmiş “sülhməramlı” adlanan hərbi kontingenti  2022-ci il avqustun 31-dən rəsmən Azərbaycan dövlətinin yurisdiksiyasına qaytarılmış Laçın şəhərini 2023-cü il mayın 31-də və 1-də yenidən virtual olaraq öz məsuliyyət və nəzarət zonasına daxil edib.
 
Moderator.az-ın araşdırmasından bəlli olur ki, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytındakı “sülhməramlı” kontingentə aid bölmədə həmin kontingentin 2 iyun 2022-ci il tarixində axşam saatlarında təqdim edilmiş dislokasiya xəritəsində Laçın şəhəri  kənarda göstərilsə də, 4 iyun 2022-ci ilə aid xəritədə bu şəhərimiz yenidən həmin yadelli hərbi birləşmənin məsuliyyət zonasında göstərilib
 
Xəritədən göründüyü kimi, eyni tarixdə “sülhməramlı”ların  patrul marşrutu Şuşa rayonunun “sülhməramlı”lar, mayın 31-də olduğu kimi, Şuşa rayonunun Zarıslı kəndi yaxınlığından başlamaqla və  ermənilərin istədiyi kimi xəritədə “Kirov” adlandırdıqları Kiçik Qaladərəsi kəndindən keçməklə Laçın şəhərini də tam əhatə edən patrul marşrutu da həyata keçirdiklərin qeyd ediblər....
Zəruri şərh:
 
Azərbaycanın müvafiq qurumları tərəfindən olaya yenə də heç bir rəsmi reaksiya yoxdur... 
Biz əsla demirik ki, guya hazırda Rusiya hərbçiləri Laçın şəhərində yerləşir və ya mütəmadi olaraq öz hərbi patrul avtomobilləri ilə şəhər ərazisinə daxil olub çıxırlar. Hazırda Laçında olan vətəndaşlarımız da təsdiqləyir ki, şəhərdə heç bir Rusiya hərbçisi görünmür. Söhbət razılaşmalara zidd olaraq Laçını Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında Laçın şəhərinin "sülhməramlı”ların məsuliyyət zonasını əks etdirən xəritələrinə salınmasından gedir. Yəni məlumdur ki, öncə dediyimiz kimi, 2022-ci ilin avqustundan Azərbaycanın öz hesabına çəkdiyi alternativ Xankəndi-Ermənistan yolu istifadəyə verilib və Rusiya “hərbçiəri” də həmin vaxtdan Laçın şəhəri, Zabux və Sus kəndləri ərazilərindən şələ-şülələrini yığıb alternativ yol ərazisinə keçiblər.  Bəs elə isə bu, nə virtual işğaldır?.. Bəlkə "sülhməramlı"lar Laçın şəhərinə PUA-larla nəzarət həyata keçirir, ona görə xəritələrinə salıblar şəhərimizi? Axı, bu da Azərbaycanın suverenliyinə və razılaşmalara ziddir...
Və bir daha təkrar etməyə məcburuq: Rusiya tərəfinin, yəqin ki, “təsadüfi, texniki xəta” adlandıracaqları bu olay məhz  Azərbaycan Prezidentinin mayın 28-də- Müstəqillik(!) günündə Laçın şəhərində geniş çıxış etməsi, oraya ilk köçürülən ailələrə evlərinin açarlarını təqdim etməsi,yəni şəhərin məskunlaşdırılmağa(!) başlanmasından iki gün sonra və Azərbaycan və Ermənistan liderlərinin Kişinyov görüşündən bir gün öncə baş verdi?.. 
 
Hesab edirik ki, Azərbaycan dövləti tərəfindən bəhs edilən fakta rəsmi etiraz bildirilməli və Rusiya tərəfindən də rəsmi izahat tələb edilməlidir. Əks halda belə çıxır ki, elə bu cür də olmalıdır. Yəni Laçən şəhərinin Rusiya MN-in tərtib etdiyi xəritələrdə olması normal haldır və biz də bununla razılaşırıq...
 
Hər şey xəritələrdən, toponimlərin saxtalaşdırılmasından başlayır. Ukraynanın da şərqini, Krımı əvvəl xəritələrinə saldılar, sonra işğal etdilər... Elə ermənilər də 1980-ci illərdən Qarabağ və ətraf rayonları, o cümlədən Laçını xəritələrində öz əraziləri kimi göstərdilər, sonra da işğal etdilər...
 
Sultan Laçın






Fikirlər