AKŞƏNƏR təklənir - İYİ Partiyasının qurucularından daha biri İSTEFA verdi...
İYİ Partiyasının başqan müavini Aytun Çıraydan sonra İYİ Partiya qurucularından biri, keçmiş İstanbul millət vəkili Ahat Andıcan da partiyasından istefa verib. Mia.az xəbər verir ki, bu barədə Aytun Çıraydan sosial şəbəkı hesabında paylaşım edib. Ahat Andıcan İYİ Partiya lideri Meral Akşeneri tənqid edərək, təəssüfləniib ki, bu gün gəldikləri nöqtədə İYİ Partiyada normal bir iş aparmaq imkanı yoxdur: "Bu gündən etibarən təsisçisi və deputatı olmaqdan şərəf duyduğum İYİ Partiyasının üzvlüyünə xitam verdim." O bildirib ki, hər hansı bir partiyaya qoşulmayacaq: "Partiyasız Müxalifət” sıralarına qoşuldum. Bundan sonra sadə bir vətəndaş kimi yuxarıda müəyyən etdiyim mentalitetə qarşı əlimdən gələn hər vasitədə mübarizə aparacam..."