Amerikalı senatorlardan sensasion çağırış: İranı vurub dağıdın...

Senatorlar ABŞ hakimiyyətini Suriya-İordaniya sərhədində hərbi bazaya hücum və nəticəsidə 3 amerikalı əsgərinin ölümü, 30-dan artıq hərbçinin yaralanmasından sonra  İrana birbaşa hücuma çağırıblar.

Ölkə,Az xəbər verir ki,  bununla bağlı senatorlar sosial şəbəkələrdə paylaşım ediblər.

Texasdan olan senator Con Kornin X (tvitter) səhifəsində "Hədəf Tehran" yazıb. 

Cənubi Karolinadan olan senator Lindsey Qraham isə prezident Baydeni çəkindirmə məqsədilə İran daxilindəki mühüm hədəfləri vurmağa çağırıb.

Arkanzasdan olan Tom Kotton Ağ Evi həm İranda, həm də Yaxın Şərqdə İranın terror qüvvələrinə qarşı dağıdıcı hərbi qisas almağa çağırıb.

Missisipidən Rocer Uiker də “İran hədəflərinə və liderlərinə birbaşa hücuma” çağırıb. 

Ayova ştatından olan Çak Qrassli isə “Prezident Bayden nəhayət İrana qarşı qəti addım atacaqmı” sualını verib. 

 






Fikirlər