Azərbaycan XİN Kamil Zeynallının Rusiyada saxlanılmasına REAKSİYA VERDİ...
Tanınmış idmançı Kamil Zeynallının Rusiyada saxlanılması məsələsi Azərbaycanın Rusiyadakı səfirliyinin nəzarəti altındadır. Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən bildirilib.