DAHA İKİ DEPUTAT DAHA İKİ DEPUTAT YENİ PARLAMENTDƏ OLMAYACAQ - Namizədlikləri irəli sürülməyəcək
VI çağırış Milli Məclisin deputatları Siyavuş Novruzov və Sevinc Hüseynovanın növbədənkənar parlament seçkilərində namizədliyi irəli sürülməyəcək. "Report"un xəbərinə görə, buna səbəb onların adının Milli Məclisə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının tərkibinə daxil edilməsidir. Faktı "Report"a partiyadakı mənbə də təsdiqləyib.