
“Qorxuram ki, silahlarını yerə qoymaq əvəzinə, mənə sarı çöndərələr...”
“Lakin məsləhətim odur ki, nə qədər gec deyil, özlərini yığışdırsınlar və “ağsaqqal”larının sözünü dinləyib silahlarını yerə qoyub təslim olsunlar. Onsuz da MİT gec-tez gəlib sizin də mitilinizi atacaq...”
Nəhayət, 26 ildən sonra ağlı başına gələn “PKK” terrorbaşı Abdullah Öcalan dünən tərəfdarlarına müraciət etdi ki, silahlarını yerə qoyub Türkiyə dövlətinə təslim olsunlar...
Çoxunuzun yadında olar, Abdullah Öcalan 1999-cu ildə MİT tərəfindən yaxalanıb Türkiyəyə gətirilində Xəzər sahilindəki ölkələrdən birində böyük dayaqları olduğu haqda bir söz söyləmişdi. Fəqət, bu günədək rəsmən bilinmədi ki, həmin respublikada terrorçubaşının tərəfdarları kimlərdir. Xatırımdadır ki, bircə dəfə o məmləkətin böyük şəhərlərindən birində bir cavanı sinəsində Öcalanın şəklini, “PKK”-nın emblemini gəzdirdiyi üçün tutdular, əmbə sonra buraxıb bir müddət dəlixanaya saldılar ki, sən demə, cavan dəli imiş...
İndi müxtəlif ölkələrdəki müxtəlif “PKK” tərəfdarı olan və ya o yönlü terrorçu qruplaşmalar Öcalanın bəyanatına müxtəlif cür reaksiyalar verirlər, biri “hə” deyir, biri “yox” deyir. İndi görək bu Xəzər sahilindəkilər nə deyəcəklər? Onları da tapıb, reaksiyalarını məmnuniyyətlə dinləyib təqdim edərdim, əmbə qorxuram ki, silahlarını yerə qoymaq əvəzinə, mənə sarı çöndərələr...
Lakin onlara məsləhətim odur ki, nə qədər gec deyil, özlərini yığışdırsınlar və “ağsaqqal”larının sözünü dinləyib silahlarını yerə qoysunlar. Onsuz da MİT Suriyadan, İraqdan hərlənib üzü Xəzərə tərəf gəlir. Gec-tez sizlərin də mitilini Xəzərə, yox(Azərbaycan da bu dənizin yanındadır, suyumuzu murdarlamasınlar, bir azdan distillə edib içəcəyik), Sibir bataqlıqlarına atacaq...
Nə isə... Yəqin, bu yazıdan sonra bir reaksiya verərlər... Bir xəbər çıxsa və inşəAllah, salamat qalsam, adlarını da, yerlərini də sizə bildirəcəm...
Sultan Laçın
Ads by 
Reklamınızı SmartBee ilə effektiv edin.