Puça çıxan “AMERİKA ARZUSU”:Ölkəni iflasa aparan “şist nefti” əfsanəsi NİYƏ UYDURULUB? –TƏHLİL

amerika arzu esas

Bizim qrant yeyən liberallarımızdan neçə dəfə eşitmişik ki, biz – “natəmiz” Rusiyanın bütün məsələlərdə ABŞ-a, “təpələr üzərində bərq vuran şəhər”ə, onun “demokraik seçki sistemi”nə (ata və oğul Buşlar artıq prezident olublar, indi isə növbə nəvənindir) və xüsusən də onun maliyyə-iqtisadi modelinə tay gəlməyimiz lazımdır. Ukrayna “avropalıları”, həmçinin ümumiyyətlə ABŞ-ın təkcə maliyyə və iqtisadiyyat sisteminin adı çəkilərkən vəcdə gələnlər gizlincə ümid bəsləyirlər ki, “əsil demokratiya sadiqləri”nə ağanın süfrəsindən tikələr çatacaq.

 

Lakin “Danimarka krallığında” hər şey bu cür yaxşıdırmı? Heç vaxt yalan danışmayan fakt və rəqəmlər bunu saf-çürük etməkdə bizə yardımçı olacaq.

ABŞ-da işsizliyin rəsmi 9,7% göstəricisi statistikadan kor-kor, gör-gör manipulyasiyadır. Həm də, bax, buna görə: ABŞ hökuməti işsizlərin çox böyük qrupunu – “qismən məşğulları”, bir aydır işini itirmişləri və altı aydan çox iş axtaranları nəzərə almır. Bu qruplar nəzərə alınmaqla indiki anda işsizlik göstəricinin səviyyəsi 30%-dən yuxarıdır ki, bu da hələ bir neçə il əvvəlkindən üç dəfə (!) artıqdır.

ABŞ əmək nazirliyinin məlumatının təhlili göstərir ki, ölkədə 25 yaşdan 65 yaşa qədər 52 milyon nəfər (Amerikanın əməkqabiliyyətli əhalisinin 28 %-i), 20 milyona yaxın qismən məşğullar tam iş gününə düzələ bilməyən və ancaq buna görə məşğuliyyətlərindən yapışan 20 milyon adam işsiz qalıb. Və bütün bunlardan başqa, iş yelərinin artımı əməkqabiliyyətli adamların artımından geri qalır ki, bu da gələcəkdə işsizliyin ancaq artacağından xəbər verir.

Amerika əhalini siyahıya alma bürosunun məlumat verdiyi kimi, amerikalıların, təxminən, 50%-i hazırda yoxsulluqdan aşağı səviyyədə yaşayır, daha 46 milyon Amerika vətəndaşı isə ərzaq talonları ilə yaşamağa məcburdur. Nəticədə nə az, nə də çox, amerikalıların 28%-i aztəminatlıdır!

Son altı ildə Amerikada evsiz uşaqların sayı 60% çoxalıb, son bir ildə 1,6 milyon amerikalı uşaq gecə sığınacağında gecələyib. Dövlət məktəblərindəki şagirdlərin yarıdan çoxu o qədər yoxsuldur ki, məktəb yemkxanasında nahar yeməyini özlərinə qıymırlar.

2000-ci ildən bəri Amerikanın ən yoxsul rayonlarında yaşayanların sayı ikiqat artıb və bu göstərici yüksəlməkdədir. Hazırda uşaqların 40%-ini ifrat yoxsulluqda yaşayan valideynlər böyüdür, (18-30 yaşlı) gənc amerikalıların 34%-i isə valideynləri ilə yaşamağa məcburdur, çünki mənzil tutmaq və özlərini tamamilə təmin etməyə qabil deyillər.

Və portretə son cizgi: Amerika ailələrinin 10%-i qalan 90% ailənin birgə götürülmüş əmlakı qədər mülkə sahibdir.

Statistika hələ bu yaxınlarda – 2014-cü ilin ikinci yarısında ABŞ-da yeni iş yerləri yaradılması və iqtisadi artımın yüksək rekord tempini müəyyən etdi. 2015-ci ldə isə ABŞ iqtisadiyyatının bütün makroiqtisadi göstəriciləri kəskin şəkildə düşməyə başladı. İlin I yarısının yekunları üzrə iqtisadi yüksəliş 0,2% təşkil etdi (ilin ikinci yarısında artıq, təxminən, 2% idi). Yaradılmış iş yerlərinin sayı hələ I yarım ildə azalmağa başladı, II yarım ildə isə yatırımların, ixracatın və sənaye istehsalının həcmi də tənəzzülə başladı.

Son bir neçə ayda S&P 500 indeksinə daxil olan bütün şirkətlərin xalis gəlir fərqi göstəriciləri 60 bazis maddəsində düşüb – son 40 ildə bu cür tənəzzül miqyası hər dəfə iqtisadi geriləmə ilə üst-üstə düşüb. Hazırda birgə məhsul buraxılışı və şirkətlərin mənfəət göstəricisinin fasiləsiz şəkildə azalması müşahidə olunur ki, bu da ABŞ-da ümumi makroitisadi durumun ciddi şəkildə pisləşdiyindən xəbər verir.

ABŞ-ın 30 ən böyük şirkətinin səhmlərinin qiymət təyininin orta dəyərini ehtiva edən Dou-Cons indeksi  2015-ci ilin mayından 18312 bəndən 15660 bəndədək enib – enmə 16,9% təşkil edib ki, bu da Amerika maliyyə analitikləri və iqtisadçıları tərəfindən məhz “fəlakət” kimi dəyərləndirilir.

Federal Ehtiyatlar Sistemi (FES) 2008-ci ildən başlanmış böhrana cavab olaraq sıfıra yaxın faiz tariflərini saxlayır. Amerika 2008-ci ilədək FES-in illlik 5-6% tarifi ilə yaşayırdı və bu, iqtisadiyyatın inkişafına heç cür mane olmurdu. Sıfır və yaxud sıfır civarı tariflər bir sıra səbəblərə görə Amerika iqtisadiyyatına pis təsir edir:

1) aşağı tariflər təqaüd və sığorta şirkətlərinə (o cümlədən tibbi sığorta fondlarına) əlverişli deyil – sosial standartlr azalır və sosial xərclər üzrə maddələr üzrə artıq yüklənmə yaranır.

2) yenidən maliyyələşmənin aşağı tariflərində maliyyə “qovuq”larının yaranması riski çoxalır; sonuncu “qovuq” – ipoteka – 2008-ci ldə əmlak bazarında partladı ki, nəticədə ABŞ-ın ÜDM-i 3,1% azaldı.

Ben Bernanke (FES-in o zamankı sədri) 2009-cu ildə tarifi, demək olar, sıfıradək endirməyə məcbur oldu ki, bir neçə kəmiyyət yumşaltması proqramının köməyi ilə,sadə şəkildə deyilsə, heç nə ilə təmin edilməmiş  çox böyük kütlədə dollarları iqtisadiyyata atdı ki, iqtisadiyyatı böhrandan çıxartsın. Lakin 2015-ci ildə yenidənmaliyyələşmə tariflərini təzədən artıran kimi (vur-tur, 0,25%) dollar qanunauyğun şəkildə bahalaşmağa başladı ki, ABŞ-dan məhsul ixracatı az rəqabətqabiliyyətli oldu və istehsalata mənfi təsir etdi. FES  bundan sonraya nəzərdə tutulmuş hesabaalma tarifinin yüksəlməsini ləğv etməyə məcbur oldu. Lakin bu tədbir Amerika iqtisadiyyatının sistemli problemlərini həll etmir və həm də üfüqdə bir yığın başqa problemlər görünür.

 

Şistli neft “qovuğu”

 

Budur, ən maraqlı mövzuya – son onilliklərdə ciddi-cəhdlə üfürülüb şişirdilən və partlayarkən Amerikanın bütün iqtisadiyyatını “cırıq-cırıq” edə biləcək “qovuğa” yaxınlaşırıq. ABŞ-ın neft-qaz sahəsi son onillikdə çox sürətlə yüksəldi. 2015-ci ilin iyunun əvvəlində ölkədə neft hasilatı zirvəyə – gündə 9,6 milyon barrelə çatdı. Bununla da Birləşmiş Ştatlar bu göstərici üzrə dünya liderlərini – Rusiya və Səudiyyə Ərəbistanını praktik olaraq ötdü. Lakin əksər maliyyə analitikləri o zaman deyirdilər ki, sahəyə maliyyə ehtiyatlarının vurulması tamamilə ağılsız kəmiyyətə çatıb və fond bazarında 2000-2007-ci illərin ipoteka qovuğuna bənzəyən və dünya iqtisadiyyatının indiyədək özünə gələ bilmədiyi 2008-ci il maliyyə böhranı ilə başa çatan növbəti “qovuq” üfürülür.

Nə qədər ki neft yüz dollara və daha baha olarkən hər şey əla idi, hamı əl çalırdı. Lakin neft qiyməti 50 dollara düşən təki şistli neft şirkətlərinin ciddi problemləri başlandı. Onlar bu durumda tədrici müflisliyə məhkum olunduqlarını anlayıb iki il ərzində kəşfiyyat işlərinin və işlək qazma qurğularının sayını azaltmağa çalışıb ziyanı cüziləşdirməyə və heç olmasa, ayaqüstə qalmağa cəhd etdi.

Vəziyyət dalana dirəndi – heç kim qoyulmuş pulları itirmək istəmir, indiki qiymətlərdə sahəyə yeni yatırımlar qoymaq isə mənaszıdır.

 

Perspektivlər

 

Bir çox iqtisadçı və analitklər neft hasilatçısı və qazma şirkətlərinin gələcək müflisləşmə dalğasını, həmçinin onların ardınca investisiya fondlarının, sığorta şirkətləri və bankların müflisləşəcəyini nəzərə almaqla ABŞ-ın bütün maliyyə sektorunun öz miqyasına görə 1929-1933-cü ilərn böyük depressiyası ilə tutuşdurulası “domino effekti” üzrə selvari şəkildə uçacağını proqnozlaşdırırlar.

Axı neft-qaz hasil edən şirkətlərin 300 milyard dollarlıq borcu (ki özlüyündə böyük məbləğdir) aysberqin yalnız zirvəsidir. Məsələn, bu şirkətlərdə banklardan gələcək yüksək maaşa görə kredit götürmüş adamlar işləyirlər. Təkcə “Bank of America”nın kredit portfelində şistli neft sahəsi ilə bağlı şirkətlərdə işləyənlərə verilmiş 9%-ə yaxın pərakəndə kredit var. Bu isə birbaşa 100 milyard dollardan az itki deyil. Və bu, təkcə “Bank of America”dır! Yəni bankların komplikativ itkiləri tədricən neft hasil edən şirkətlərin müflisliyndən birbaşa itkiləri xeyli üstləyə bilər və analitiklərin dəyərləndirməyinə görə, çox güman ki, 5 trilyon dolları aşacaq.

Ardınca isə şistli neft hasilatı ilə bağlı olan digər strukturların, şirkətlərin  çöküşü başlanacaq. “Domino effekti” işə düşəcək – müxtəlif dəyərləndirmələrə görə, ümumi iqtisadi itkilər 15-20 trilyon dollara çata bilər (Xatırladıram ki, 2008-ci il böhranında ABŞ-ın itkiləri 12.8 trilyon dollar təşkil etmişdi). Həm də bu yanğını yeni dollarlarla söndürə bilməzsən – FES-in “çap dəzgahı”nın limiti artıq tükənib. Amerika iqtisadçıları öz proqnozlrında son dərəcə bədbindirlər. Bu gün yalnız bir məsələ aydındır  – ABŞ iqtisadiyyatı fəlakətin bir addımlığındadır və onu necə dəf etməyi hələlik heç kim bilmir!

 

Andrey Knyazev

News Front (Rusiya),






Fikirlər