ABŞ-da RƏSULZADƏ təqaüdü TƏSİS edildi
Azərbaycanlı Amerikalılar Konqresi 2016-2017-ci tədris ili üçün Məhəmməd Əmin Rəsulzadə Təqaüd Proqramı elan edib. Bu barədə konqresin saytında məlumat yerləşdirilib. “Amerikanın səsi” məlumat verir ki, təqaüd proqramı Amerika universitetlərindən birində təhsil almaq hüququ qazanan Azərbaycan vətəndaşı və ABŞ-da yaşayan azərbaycanlılar üçün nəzərdə tutulub. Təqaüd bir semest üçün nəzərdə tutulub və məbləği 500-3000 dollar təşkil edir. Təqaüd üçün 2016-cı ilin mayın 1-dək müraciət etmək olar. Azərbaycanlı Amerikalılar Konqresi azərbaycanlı gənclər tərəfindən Nyu-York şəhərində təsis edilimiş müstəqil qeyri-hökumət təşkilatıdır. AzerTaym.az