Prezidentlər BƏYƏNATLA ÇIXIŞ ETDİLƏR...
Bu gün Azərbaycan prezidenti İlham Əliyevin və İtaliya prezidenti Sercio Mattarellanın iştirakı ilə rəsmi sənədlərin imzalanması mərasimi olub. “Qafqazinfo” xəbər verir ki, “Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə İtaliyanın Milan Politexnik Universiteti arasında Anlaşma Memorandumu”nu Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Milan Politexnik Universitetinin dizayn üzrə departamentinin rəhbəri Silvia Piardi imzalayıblar. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə İtaliya Dövlət Dəmir Yolları arasında Anlaşma Memorandumu”nu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, İtaliya Dəmir Yolları Şirkətinin beynəlxalq inkişaf üzrə vitse-prezidenti Covanni Rokka imzalayıblar. “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə İtaliya Respublikasının Səhiyyə Nazirliyi arasında baytarlıq təbabəti üzrə Texniki Anlaşma”nı Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari imzalayıbar. “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə İtaliya Respublikasının Təhsil, Universitetlər və Tədqiqat Nazirliyi arasında ali təhsil üzrə əməkdaşlıq barədə Birgə Bəyannamə”ni Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə və İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari imzalayıbar. Sənədlərin imzalanması mərasimindən sonra İlham Əliyev və Sercio Mattarella mətbuata bəyanatlarla çıxış ediblər.