20.02.2014. - “Elçibəyə MTN-dən 140 DTK agentinin siyahısı verilsə də, tədbir görməyib” — ŞOK İDDİA
Tanınmış siyasi xadim Xaliq Bahadır da həmin siyahının hələ xeyli dartışılacağı qənaətindədir.
Moderator.az-a açıqlamasında X. Bahadır deyir ki, əsas bəla DTK arxivlərinin bu günədək açılmamasıdır:
“Mən o siyahıyla bağlı hələlik susmağa üstünlük verirəm — indi bu ölkədə doğru sözə inanan yoxdur. O siyahının doğru-yalanlığı ilə bağlı yalnız bunu deyə bilərəm: AXC hakimiyəti dönəmində prezident Ə.Elçibəyə birbaşa MTN-dən AXC hakimiyətində yüksək yer tutan 140 DTK agentinin adı verilmiş, siyahı elə eləcə qırağa qoyulmuşdu. Azərbaycan müxalifətinin çoxillik uğursuzluqlarının kökündə o siyahı — KQB arxivlərinin açılmaması faktı durur. AXC hakimiyətində yüksək yer tutan agentlər hakimiyəti bəlli generallarına ötürəndən sonra keçib müxalifətdə yüksək yerlərlərə yiyələndilər. Bax, bu faktı kimsə dana bilməz!