Məhəmməd Əlinin ailəsi Ərdoğanı siyahıdan çıxardı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əfsanəvi boksçu Məhəmməd Əlinin dəfn mərasimində çıxış etməyəcək.

 AzerTaym.az Publika.az-a istinadən xəbər verir ki, Məhəmməd Əlinin ailəsinin sözçüsü Bob Gunnell natiqlərin siyahısına iki adın əlavə olunduğunu, Ərdoğan və İordaniya Kralı II Abdullahın adlarının siyahıdan çıxarıldığını bildirib.

 Bob Gunnell daha əvvəlki açıqlamasında Ərdoğanla yanaşı, İordaniya Kralı II Abdullah, ABŞ-ın keçmiş prezidenti Bill Klinton, fərqli dinlərin nümayəndələri və Məhəmməd Əlinin həyat yoldaşı Lonni ilə Maryumun mərasimdə çıxış edəcəyini söyləmişdi. Ailənin sözçüsü Ərdoğan və İordaniya kralının bu qərarı anlayışla qarşıladığını deyib.

 Gunnell proqrama daxil edilən natiqlərin adlarının daha sonra açıqlanacağını əlavə edib.

 

 

 

 






Fikirlər