Kılıçdaroğlu: "Artıq yeni bir TÜRKİYƏ var"
Bu gün demokratiya tariximizin önəmli bir günüdür. 15 iyul cümhuriyyət tariximizin ən qanlı çevriliş cəhdidir. 240 şəhidimiz var, onlar demokratiya qəhrəmanlarıdır. Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Cümhuriyyət Xalq Partiyasının rəhbəri Kamal Kılıçdaroğlu İstanbulda keçirilən demokratiya və şəhidlər mitinqində çıxışında səsləndirib. K.Kılıçdaroğlu deyib: "15 iyul bizə bir olmağımızın önəmini göstərdi. Xalq canını sipər edərək demokratiyanı qorudu, siz bir tarix yazdınız. Artıq yeni bir Türkiyə var. Əgər biz bu gücü, bu uzlaşma mədəniyyətini daha da irəliyə apara bilsək, uşaqlarımıza gözəl bir Türkiyə buraxmış olacağıq".