“Türkiyədə ard-arda törədilən terrorlar dövlətin yürütdüyü daxili siyasətin səhvliyindən doğan bir məsələdir. Çünki Ərdoğan əvvəlcə kürd açılımı, erməni açılımı və s. elədi. Ona görə də indi onun acı meyvəsini dərmək məcburiyyətindədir. Bunların başı terrora yox, daha çox hakimiyyəti qorumağa qarışıb”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış politoloq Cümşüd Nuriyev Türkiyədə ard-arda törədilən terror hadisələri haqqında danışarkən deyib.
C.Nuriyev bildirib ki, Türkiyədəki terror hadisələrini PKK yox, Gülənçilərin İŞİD-lə bağlı olan dəstəsi törədir:
“Çox maraqlıdır ki, zamanında Fətullah Gülənin yanında olan Bəkir Bozdağ kimilər indi onun əleyhinə çıxış edirlər. Bu, bir qədər qeyri səmimi görünür, çünki bunların hamısı Gülənin yetişdirmələridir. Güya, bunlar bilmirdilərmi ki, Gülən ermənidir, bir tərəfi kürddür?! Bütün bunların fonunda təbii ki, Gülənçilər Türkiyəni qarışdırır.
Bir tərəfdən də bunlar PKK-ya hücum edib camaata yalan danışırlar. Bunun hamısını törədən Gülənçilərin İŞİD-lə bağlı olan dəstəsidir. Ən acınacaqlısı da odur ki, çıxıb Türk telekanallarından deyirlər ki, bu, II istiqlal savaşıdır. Görün bunlar nə qədər mənəviyyatını itiriblər. Əgər bu istiqlal savaşıdırsa, belə çıxır ki, növbəti Atatürk də Ərdoğanı elan edəcəklər. Bu, artıq Türkiyənin məhvə getdiyinə dəlalət edən məsələdir. Həm də bunu ölkənin ədliyyə naziri deyir, o, həmin Bəkir Bozdağdır ki, Fətullah Güləni tərifləməkdən ötrü hamıdan öndə növbəyə durmuşdu”.
Politoloq qeyd edib ki, hadisələr bu formada davam etsə, Türkiyə federallaşacaq:
“Təbii ki, bu proseslər baş verməlidir. Fikir versəniz, Səlahəddin Dəmirtaş artıq iç savaşı elan elədi. Bilmirdilərmi ki, parlamentin bütün partiya sədrləri qeyri türk, etnik olanda, bunun nəticəsi necə olacaq?! Bilirdilər ki, Səlahəddin Dəmirtaş yarı erməni, yarı kürddür, onun Türkiyəyə heç bir dəxli yoxdur. Eyni şey Kılıcdaroğluna, Baxçalıya aiddir və bunlar öz partiyalarını qorumaqdan ötrü Türkiyəni satdılar. Dəmirtaşın da əlinə fürsət düşüb, özünün siyasətini yürütməklə bərabər Türkiyənin daxilində qırğın törədirlər. İndi Türkiyə ayılıb ki, hücum edənlərin içində əhaliyə atəş açanlar da ermənilərdir. 1990-cı ildə 20 Yanvar hadisələrində SSRİ də Azərbaycana qarşı ehtiyatda olan erməni hərbiçilərdən istifadə etmişdi. Türkiyədə də həmin hal təkrarlandı, ermənilərdən istifadə olundu. Türkiyə bunlardan dərs götürmürmü?!
Məni çox narahat edir ki, hadisələr bu şəkildə davam etsə, Türkiyə federallaşacaq. Türkiyədə bütün dəyərlər itir, əsgərə, insana hörmət itir, Türkiyədə ancaq bir qurup adamın hakimiyyəti haqqında düşünülür. Bunun sonrası necə olacaq?! Bilmirdilərmi ki, kürdləri ayıldanda belə olacaq?! Türkiyədə kürd xalqını günahlandırmasınlar, onlarda heç bir günah görmürəm. Aranı qarışdıran erməniylə kürd qarışığı olanlardır. Kürd toyunu qəsdən dağıtdılar ki, kürdlərin hamısı Ədroğana, Türkiyəyə qarşı qalxsın. Heç bir zəmanət yoxdur ki, bütün bunlar sabah ələvilərə, digərlərinə qarşı olmayacaq”.
C.Nuriyev sonda vurğulayıb ki, artıq Türkiyə ayılmalıdır:
“Türkiyə MİT-i nəylə məşğuldur?! Dövlət çevrilişinə cəhddən sonra terrorlar baş alıb gedir, 50-dən, 100-dən çox adam öldürülür. Belə çıxır ki, əsas diqqəti darbə ilə bağlı olan adamların həbs olunması məsələsindən yayındırmaq lazımdır. Adicə məntiqlə görünür ki, terrorların arxasında Gülən durur. Burada heç bir PKK yoxdur, ASALA var, PKK-nın Gülənlə bağlı qolu və FETÖ-çular var. Bütün terrorların arxasında bunlar durur. Məqsəd də Türkiyəni daha qarmaqarışıqlığa sürükləmək və Ərdoğanın bir növ hakimiyyətini əlindən almaq üçün şərait yaratmaqdır.
Ürəyim ağrıyır, onsuz da Türkiyə kimi bir dövlətin cumhuriyyəti kor olmaq üzrədir. Türkiyəni sevən adamlara bunların etdiyi xəyanəti heç cür bağışlaya bilmirəm. 200 milyonluq Türk dünyasının gözü olan bir dövləti kor qoyurlar, həm də gözümüz görə-görə. Hamısını da edən etniklərdir, arxasında da duran ermənilərlə ABŞ-dır. Bunları görmürlərmi?! Baş qarışıb ancaq hakimiyyəti qorumağa. Ən azı İran şahından nümunə götürmək lazımdır, çünki eyni proses orada davam edir. Bu da Türkiyə üçün çox təhlükəli olacaq”.