15.05.2014. - Gülənin Bakıdakı son "Damla"sı (VİDEO)
"Təhsil nazirliyinin əmri ilə "Sabah" qruplarına daxil olan tələbələrin köçürüldüyü yataqxana məhz bu yataqxanadır. Köçürülən tələbələrin Gülən camaatina aid olduğu güman edilən tələbələrlə əvəzlənəcəyini nəzərə alsaq, deyəsən bu yağış hələ çox damla aparacaq".
ANS-in məlumatına görə, dərs vaxtı olduğundan tələbələr gözə az-az dəyirdilər. Həm bura təzəcə yerləşdirilən, həm də buradan köçürülənlərin deyəsən baş verənlərdən xəbəri yox idi.
Burda maraq doğuran məqam isə ondan ibarətdir ki, yeni sakinlərinə icarəyə verilən bu yataqxanadan 15 ildir istİfadə edənlərin taleyi necə olacaq. Hələlik yataqxanadan çıxarılanlar da səslərini çıxarmırlar. Məsələyə münasibət öyrənməyə çalışsaq da, yataqxananı işlədənlər nə çəkiliş aparmağa, nə də açıqlama etməkdə maraqlı göründülər. Özünü buranın işçisi kimi təqdim edən bu şəxs isə özü bizə yaxınlaşdı.
Yataqxana işçisi deyir ki, boş söhbətlərdir, nə nurçluq?. Kim gecə yatır, nə yuxuda görür, danışır.
"Bizimkilər bilmirsən, şişirtmədə ustadır. Onsuz da Türkiyədə aləmi qarışdırıblar. İndi də burada dolaşdırıblar. Onlar burada elmlə, təlimlə, tərbiyyə ilə məşğuldur".
Təhsil nazirliyi isə bu binanın onların balansında olduğunu əsas gətirərək, icarəyə verdiyi əmlakını indi geri aldığını bəyan edir. Məqsədləri isə aydındır. Burada "Sabah" qrupuna daxil olan aztəminatlı tələbələr yerləşdirləcək.
Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev bildirir ki, bu gün ali məktəblərinin yataqxanası yoxdur, amma Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Damla” yataqxanası Təhsil Nazirliyinin balansındadır. Həmin yataqxanada 300 tələbə yerlə təmin olunacaq.
Memarlıq və İnşaat Universtetinin tələbə həmkarlar təşkilatının sədr müavini Tural Əliyev isə isə ANS-ə dedi ki, "Sabah" qruplarına aid olan tələbələr artıq binaya gəlməkdədirlər.