Türkiyə DİN-ni kürd deputatlarının həbsi ilə bağlı açıqlama yaydı-TERROR TƏBLİĞATI APARIB, HƏRBİ ƏRAZİLƏRƏ QANUNSUZ GİRİŞ EDİBLƏR

kurdler

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyindən verilən açıqlamada Diyarbakır, Şırnak, Bingöl Respublika Prokurorluqlarının aidiyyatlı qurumlara verdiyi təlimatlar nəticəsində 11 millət vəkilinin məhkəmə orqanlarına təhvil verilməsi və həbsi ilə bağlı qərarın həyata keçiriləcəyi bildirilib.

Nazirlik tərəfindən barələrində həbs qərarı verilən millət vəkilləri Faysal Sarıyıldızla Tuğba Hezer Öztürk xaricdə səfərdə olduğundan yerləri dəqiqləşdirilib, nəzarətə götürülən İmam Taşçıer və Nihat Akdoğanın məhkəmə proseslərinin davam etdiyi bildirilib. Millət vəkillərindən Fərhad Encü, Leyla Birlik, Səlma İrmaq, Abdullah Zeydan, Səlahəddin Dəmirtaş, İdris Baluken, Figen Yüksekdağ Şenoğlu, Sürəyya Öndər, Ziya Pir, Gülsər Yıldırım və Nursel Aydoğan isə aparılan istintaq prosesləri zamanı ifadə vermədiyinə görə, nəzarətə götürülüb.

Onlara qarşı terror təbliğatı aparma, əsgəri bölgəyə qanunsuz daxil olma və sair ittihamlar irəli sürülüb.






Fikirlər