“Azər-Türk Bank”da şok yoxlamalar- “qara bazar”a dollar daşınırmış

  b_550_325_16777215_00_images_xeber_sekilleri_5dekabr2016_95703E60-8B6E-4149-B285-7E5AFD1F39EC_w987_r1_s.jpg

Dövlətin nəzarətində olan bir bankda qalmaqal; Maliyyə naziri Samir Şərifovun bütün adamları bankın İdarə Heyətindən qovuldu; Hesablama Palatası prezident İlham Əliyevə məruzəsindən sonra yoxlamalara başlayıb və şok maxinasiyalar üzə çıxarıb; 10 milyon cərimə edilən bank “qara bazar”ı dollarla təmin edirmiş...Beynəlxalq Bankın rəhbəri dindirilib? 

 

Azərbaycanın bank sektorunda  növbəti  “zəlzələ” yaradacaq  hadisələr baş verib.  Belə ki, əvvəl maliyyə naziri Samir Şərifovun  kurasiyasında olan bankı kimi tanınan “Azər-Türk Bank”da bir neçə gün əvvəl qəfil yoxlamalar başlayıb.  Mənbənin “Yeni Müsavat”a verdiyi məlumata görə, Hesablama Palatasına  bankdan külli-miqdarda pul yayındırılması, eləcə də bankın “qara bazar”a dollar  çıxarması barədə təkzibolunmaz faktlar daxil olub. Qaynağımız deyib ki, əldə edilmiş məlumatlar birbaşa dövlət başçısına məruzə edilib və prezident İlham Əliyev dərhal faktların araşdırılmasına göstəriş verib. 
Noyabrın sonunda Hesablama Palatası, eləcə də Korrupsiyaya Qarşı Mübarizi  İdarəsinin əməkdaşlarından ibarət qrup qəfil banka gələrək yoxlamalara başlayıb. Hesablama Palatası  “Azər-Türk Bank”da  təxminən 128 milyon manatın “yoxa çıxdığını” üzə çıxarıb. Eləcə də əhaliyə gün ərzində cəmi  bir neçə min dollar satıldığı halda sənədləşmələrdə  bu məbləğin  bir neçə yüz dəfə şişirdildiyi təsdiqlənib. Məlum olub ki, bankın Xətai rayonunda,  “Ağ şəhər”dəki  mərkəzi ofisi iş günün sonundan sonra bağlanmırmış, daha dəqiqi dollarlar “arxa qapıdan”  xüsusi maşınlarla Bakının “qara  bazar”ındakı dəllallara ötürülmüş. 
Hesablama Palatası  bankı nə az-nə çox 10 milyon manat cərimələyib.  Maraqlıdır ki, bank qalmaqalın daha da böyüməməsi üçün bu cəriməni dərhal ödəyib. Bankda baş verən maxinasiyalara bank rəhbərliyi heç bir tutarlı cavab verə bilməyib. Mənbə deyib ki, cəmi bir il əvvəl  formalaşmış rəhbərliyin  dərhal  dəyişdirilməsi tələb olunub.  
 
Image result for Hesablama Palatası
Bildirilir ki, maliyyə  nazirinin kadrı kimi tanına bankın İdarə Heyətinin sədri Fərhad Adıgözəlov hətta saxlanılıb, onu dindirmək üçün aparıblar.  Sorğu-sualdan sonra sərbəst buraxılan İdarə Heyətinin sədri dərhal istefa verib. 
Image result for Fərhad Adıgözəlov
Fərhad Adıgözəlov 
Dekabrın 2-də bankın Müşahidə Şurasının təcili iclası çağırılıb. Müşahidə Şurasının qərarı ilə Fərhad Adıgözəlov və bəzi İH üzvləri rəhbərlikdən kənarlaşdırılıb.  İdarə Heyətində yalnız  sədr müavini Məmmədova Rumiyə Ağacəfər qızını vəzifədə saxlanılıb. Bankın nağd vəsaitlərlə iş departamentinin direktoru, bir il əvvəl vəzifəyə təyinat alan Fərid Temraz oğlu Orucov da işdən çıxarılıb.  
 
Image result for Azər-Türk Bank
“Azər-Türk Bank” ASC-nin Müşahidə Şurasının növbədənkənar iclası barədə bank rəhbərliyi yalnız kiçik bir xəbər yayaraq, bankda əsli baş  verənlərlə bağlı medianın diqqətini cəlb etməməyə çalışıblar. Qeyd edək ki, iclasda “Azər-Türk Bank”ın İdarə Heyətinin sədri  Xalid Nurəddin oğlu Əhədov (atası tanınmış ürək həkimi, Müsavat Partiyasının keçmiş rəhbərlərindən, keçmiş millət vəkili olub – red. ) seçilib. Qeyd edək ki, X.Əhədov bundan əvvəl ləğvetmə prosesində olan “Bank Standard” QSC-nin İH-nin sədri olub. 
Image result for Samir Şərifov
“Azər-Türk Bank” ASC 1995-ci ildə yaradılıb. Bankın nizamnamə kapitalı 50 mln. manatdır. Bankın səhmlərinin 75%-i Azərbaycan hökumətinə məxsusdur. 12,37%-lik pay  Türkiyənin “Zıraat Bank”ına, 1,08%-i “Zıraat Bank İnternational”a, 6,55%-i “AzRe Təkrarsığorta” ASC-yə, 5%-i isə “Qala Həyat Sığorta” ASC-yə məxsusdur. 
 
Image result for Əmlak Məsələləri üzrə Dövlət Komitəsi
“Azər-Türk Bank”ın səhmlərimin hökumətə məxsus 75 faizi Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə aiddir. Amma dövlət adından bu səhmlərə nəzarəti Maliyyə Nazirliyi həyata keçirir və maliyyə nazirinin müavini də Müşahidə Şurasında iştirak edir. Bankın adının Samir Şərifovla əlaqələndirilməsi də böyük ölçüdə nəzarətin Maliyyə Nazirliyinə aid olması ilə bağlıdır. 
Dekabrın 8-də isə Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Elmar Məmmədov da gözlənilmədən vəzifəsindən azad edilməsi xəbəri yayılıb. Məlumata görə,  Elmar Məmmədov heç kimin gözləmədiyi halda vəzifəsindən azad ediləndən dərhal sonra hüquq-mühafizə orqanları onu saxlayıb.
Image result for Elmar Məmmədov
Elmar Məmmədov
İddia olunur ki,  Elmar Məmmədovun da vəzifədən azad edilməsi və saxlanılması da bankın dollar “qara bazarı”a ötürməsi ilə bağlıdır. Məsələnin maraqlı tərəfi də budur ki,  Elmar Məmmədovun yerinə Xalid Nurəddin oğlu Əhədovu gətiriblər.  Belə ki,  yenicə “Azər-Türk Bank”ın İdarə Heyətinin sədri seçilən  Xalid Nurəddin oğlu Əhədov Beynəlxalq Banka transfer edilib və Bankın İdarə Heyətinin üzvü seçilib. Eyni zamanda, İdarə Heyətinin sədri vəzifəsinin icrası da müvəqqəti olaraq ona həvalə olunub. 
  Məlumdur ki, Beynəlxalq Bank qalmaqalı üzə çıxdıqdan sonra maliyyə naziri də hədəfə gəlmişdi. Amma nazir bütün məsuliyyəti bank rəhbəri Cahangir Hacıyevin üzərinə qoymağı bacardı və bu işdən toxunulmaz çıxa bildi. İndi isə məhz Samir Şərifovun kadrlarından ibarət iki bankda,  həm də ölkənin maliyyə vəziyyətinin ağır olduğu bir vaxtda dövlətin puluna yeriklənməsi, “qara bazar” yaratması maliyyə nazirinə ciddi zərbədir. Məlumatda deyilir ki,  banklarda korrupsiya yoxlamaları davam edir və  dövlət rəhbərliyinə məlumat verilir. Bu isə o deməkdir ki, ölkədə yeni bir bank qalmaqalı gözlənilir. Bu dəfə isə maliyyə naziri xilas olmaya bilər...

 






Fikirlər