Əsəd böyük qələbəsini elan etdi - VİDEO

Əsəd böyük qələbəsini elan etdi -

Suriyanın hökumət qüvvələri ölkədə 6 ilə yaxındır davam edən vətəndaş müharibəsində ən vacib qələbəsini qazanıb.

AzerTaym.az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, Bəşər Əsədin qüvvələri Hələbin şərqini ələ keçirərək şəhərin bütünlüklə müxalifət qüvvələrindən azad edildiyini açıqlayıb.

Şəhərdə müxalifət qüvvələrinin son sığınacağı Firdous kvartalı olub. Şəhərin tamamilə azad edilməsi açıqlanmasından sonra şəhərin küçələrinə minlərlə dinc sakin çıxıb.

Suriya Təhlükəsizlik Komitəsinin rəhbəri Zayid Əl-saleh şəhərdə qalan üsyançıların təslim olmaq və ya ölməkdən başqa şanslarının olmadığını söyləyib.

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, 2200 müxalif döyüşçüsü təslim olub.

ABŞ Rusiyaya dinc sakinlər və müxalifət döyüşçülərinin şəhəri tərk etməsi üçün etibarlı dəhlizin açılmasını təklif edib. Lakin təklif Rusiya tərəfindən qəbul edilməyib.

 






Fikirlər