Netanyahudan səfər öncəsi Azərbaycanla bağlı - Açıqlama
İsrail baş naziri Binyamin Netanyahu Azərbaycana səfəri öncəsi açıqlama verib. “Qafqazinfo” İsrail KİV-nə istinadən xəbər verir ki, baş nazir xatırladıb ki, Azərbaycana və Qazaxıstana ikigünlük vacib səfər edəcək: “Onlar İslam dünyasının iki böyük və önəmli dövlətləridir. Bizim məqsədimiz həmin ölkələrlə diplomatik, təhlükəsizlik və iqtisadi əlaqələri möhkəmləndirməkdir. Vaxtaşırı İsrailin siyasi təcriddən əziyyət çəkməsi ilə bağlı eşitdiklərinizin əksinə olaraq, bu ölkələr bizimlə əlaqələri möhkəmləndirməyi çox istəyirlər. Asiyanın güclü dövlətləri, Afrika və Cənubi Amerika ölkələri ilə münasibətlərimizi gücləndirdikdən sonra, indi növbə İslam dünyasının vacib ölkələrindədir”. Netanyahu Azərbaycana baş nazir kimi 20 il sonra ikinci dəfə gəldiyini vurğulayıb. Həmin dövrdə nazir prezident Heydər Əliyevlə görüşdüyünü deyib.