Ali Məhkəmə Yunuslarla bağlı qərarı ləğv ETDİ

Ali Məhkəmə Yunuslarla bağlı qərarı ləğv etdi

İş təkrar Bakı Apelyasiya Məhkəməsinə göndərildi

Ali Məhkəmə Leyla və Arif Yunusların işi ilə bağlı Bakı Apelyasiya Məhkəməsinin qərarını ləğv edərək, yenidən məhkəmə baxışına göndərib. 
Ali Məhkəmənin qərarında deyilir:
"Müdafiə tərəfinin məhkəmənin sübutlarından əsassız olaraq imtina etməsini, cinayət-prosessual qanunun nəzərdə tutduğu qaydada məhkəmədə baxılmayan sübut vasitəsilə ittiham hökmünü əsaslandırmasını təsdiq edən, beləliklə də, həmin sübutun apelyasiya baxışında tətdiq olunmasını (yəni apelyasiya baxışının məhkəmədə istintaqı aparılmaqla keçirilməsini) tələb edən əsas kimi gətirdiyi dəlillərindən biri də o idi ki, şahid Əliyeva Mətanət Mürşüd qızı istintaq orqanına göndərdiyi 2 may 2014-cü il tarixli yazılı ərizəsində göstərdiyi faktlarla bağlı (ərizəni göndərməsindən sonra) ibtidai istintaqda və məhkəmə baxışında dindirilmədiyi halda, onun ərizəsində göstərdiyi hallara ittihamı əsaslandıran dəlillər kimi hökmdə istinad olunmuşdur.
Apelyasiya Məhkəməsinin bu şəkildə, yəni apeylasiya şikayətlərində gətirilən dəlillərin xarakterinə əhəmiyyət vermədən məhkəmə istintaqının keçirilməsindən imtina etməsi, faktiki olaraq onun əsaslandırılmamış qərarla məhkəmə istintaqının keçirilməsinə dair vəsatətləri rədd etməsi kimi çıxış edir.
Habuki Azərbaycan Respubilkasi Konstitusiyasının 129-cu maddəsinin 3-cü hissəsi məhkəmə qərarlarının qanuni və əsaslı olmasını tələb edir".
Yunusların vəkili Elçin Sadıqov Meydan TV-yə deyib ki, Ali Məhkəmənin bu qərarı formal xarakterlidir və işin mahiyyətinə təsir edəcək gücdə deyil: 
"Bu qərar ona hesablanıb ki, Bakı Apellyasiya Məhkəməsi formal istintaq aparmaq adı ilə Leyla Yunus və Arif Yunusun əvvəlcə məhkəmə iclasına məcburi gətirilməsi, daha sonra isə axtarışla bağlı qərar qəbul edib icraatı dayandırsın. Ancaq belə bir qərarın qəbul edilməsi tamamilə absurd olacaq. Ona görə ki, dövlət ittihamçısı hökmdən apelyasiya protesti verməyib və Apelyasiya Məhkəməsi Leyla və Arif Yunusların vəziyyətini ağırlaşdıran qərar qəbul edə bilməz".






Fikirlər