Atatürkün həyatındakı sirli 9 RƏQƏMİ- 19.09.1909
Hər kəsin tanıdığı, dünya tarixinə damğa vurmuş qazi Mustafa Kamal Atatürk Türkiyə Cümhuriyyətinin qurucusudur. Bu dahi insanın yaşadığı həyat olduqca maraqlı olub. Atatürk ilə 9 rəqəmi arasında bir çox insanın bilmədiyi maraqlı sirlər var. Buna təsadüfdürmü, yoxsa möcüzə... bilmək olmur. Atatürkün həyatındakı 9 rəqəminin izləri haqqında maraqlı məlumatları təqdim edirik. Əsrarəngiz 9 rəqəmi Atatürkü doğumundan ölümünə qədər yalqız buraxmayıb. Belə ki, Atatürk 1881-ci ildə anadan olub. Bu tarixi iki hissəyə bölüb ayrıcalıqda topladıqda iki, doqquz rəqəmi ilə qarşılaşmaq mümkündür. (1+8+8+1). Eyni zamanda Atatürk 19-cu əsrdə dünyaya gəlib. 1899-cu ildə hərbi məktəbə qəbul olub. 29 dekabr 1903-cü ildə kapitan rütbəsi alıb. 19.09.1909 tarixində iqtidarın sözcüsü olaraq dövlətlərarası illik iclasa qatılıb. 9 yanvar 1912-ci ildə, italyanları Liviyada məğlubiyyətə uğradıb. 19 may 1915-ci ildə polkovnik rütbəsi alıb. 9 avqust 1915-ci ildə, Çanaqqala savaşının 3-cü cəbhəsində iştirak etmiş Anafartalar qrupunun komandiri olub. Əmrindəki 19 leytenant ilə Çanaqqala savaşına girib. 29 oktyabr 1918-ci ildə “İldırım ordusu”nun komandiri olub. 19 may 1919-cu ildə Samsunu xilas etmək üçün 18 əsgəri ilə birlikdə cəbhəyə yollanmışdı. Özü ilə birlikdə 19 nəfər idi. 29 yanvar 1923-cü ildə Lətifə xanım ilə evlənib. 9 oktyabr 1923-cü ildə Ankara paytaxt elan edilib. 20 gün sonra isə oktyabrın 29-da cümhuriyyət elan edilib. Elə həmin gün də Atatürk ilk dəfə rəsmi olaraq Türkiyə Cümhuriyyətinin prezidenti olub. Atatürk 9 avqust 1928-ci ildə latın əlifbasını qəbul edib. 1938-ci il noyabrın 10-da saat 9:00-da vəfat edib. Noyabrın 19-da cənazə mərasimi keçirilərək dəfn edilib. Atatürkün 9 rəqəmi ilə əlaqəsi bunlarla bitmir. Şəxsiyyət vəsiqəsinin seriya nömrəsində də 9 rəqəmi var: “993814B”. İlginc məqamlardan biri də seriya nömrəsinin ortasındakı 938 Atatürkün ölüm tarixidir. Seriya nömrəsinin əvvəlində qalan 9 isə ölüm saatıdır. Bu qədər təsadüf ola bilməz, deyə düşünürük. Amma bu rəqəmlərin hamısı bir gerçəkdir.Musavat.com