Trampın Ermənistanla bağlı qərarını dəyişmək İSTƏYİRLƏR

60b258198c5ad75ccb6b028dbbfec597

ABŞ Konqresinin erməni məsələləri üzrə şurası prezident Donald Trampın Ermənistana ayrılan yardımın azaldılması ilə bağlı qəbul etdiyi qərarın həyata keçirilməsinə mane olmağa çalışır.

Azvision.az xəbər verir ki, bu barədə Erməni Milli Komitəsi (ANCA) məlumat yayıb.

Bildirilib ki, belə təşəbbüslə Nümayəndələr Palatasının üzvləri Frank Pallon, Anna Eşun, Caki Şeyer, Adam Şif və şuranın digər demokrat üzvləri çıxış ediblər.

Onlar Ermənistana və Azərbaycan torpaqlarında yaradılan qondarma rejimə ayrılan maddi yardımın əvvəlki səviyyədə bərpa edilməsinə dair çağırış ediblər.

Xatırladaq ki, ABŞ administrasiyası Ermənistana ayrılan maliyyə yardımının 20,4 milyon dollardan 6,8 milyon dollardək (67%) azaldılması barədə qərar qəbul edib.

 






Fikirlər