Prezidentin xanımı milyarderlə rəqs etdi - VİDEO

 

Sentyabrın 27-də Özbəkistanda rusiyalı milyarder Əlişir Usmanovun evində Rusiyanın məşhur ulduzlarının iştirakı ilə böyük toy mərasimi keçirilib.

AzerTaym.az xəbər verir ki, bu barədə informasiyanı “Azadlıq” radiosunun Özbəkistan bölməsi yayıb. Radio Usmanovun evində milyarderin qohumu Sərvərlə Özbəkistan Baş nazirinin keçmiş müavini, hazırkı deputat Dilaran Taşməhəmmədovun qızı Əzizənin toy mərasiminin təşkil edildiyini bildirib. Mərasimdə Usmanovun dostlarından olan özbək oliqarx Fəttah Şodiyev də iştirak edib. Toy mərasimi zamanı Usmanov Özbəkistan prezidentinin həyat yoldaşı Ziyarətxan Haşımova ilə rəqs edib.

Qeyd edək ki, bir müddət əvvəl Prezident Şövkət Mirziyayevin BMT Baş Assambleyasına məhz Usmanovun təyyarəsində getməsi Özbəkistanda böyük əks-sədaya səbəb olmuşdu. Lakin Mirziyayevlə Usmanovun yaxınlığı yenilikcə başlamayıb. Belə ki, məhz Kərimovun özbək oliqarxlarına qarşı sərt mövqe tutduğu zamanlarda belə Usmanov öz qohumlarından başqa biri üçün Daşkənddə təşkil etdiyi toy mərasiminə Mirziyayevi və xanımını dəvət etmişdi. Üstəlik, həmin toy mərasimində eks-prezidentin hazırda həbsdə olan qızı Gülnarə Kərimova da iştirak etmişdi.






Fikirlər