Birinci xanım niyə həmişə eynək taxır? - Ərini “GÖRMƏYƏ gözü” yoxdur, YOXSA..?

Birinci xanım niyə həmişə eynək taxır?

ABŞ-ın birinci xanımı Melaniya Trampın son günlər axşam saatlarında belə kameraların qarşısına günəş eynəyi ilə çıxmağı sosial şəbəkədə müzakirələrə səbəb olub.

“Qafqazinfo”nun xarici KİV-ə istinadən verdiyi məlumata görə, birinci xanım Nyu-Cersi ştatındakı tətil və Harvey fırtınasının qurbanları ilə görüşdə belə eynəyini çıxarmayıb.

O, sonuncu dəfə ölkənin ən böyük qətliamının yaşandığı Las-Veqasdan qayıdarkən də eynəkdə olub.

Geyimi ilə hər zaman tənqidlərə məruz qalan Melaniya Trampın niyə eynək taxdığına dair sosial şəbəkə istifadəçiləri fərqli fikirlər səsləndiriblər. Bəziləri Melaniyanın həyat yoldaşı Donald Trampı “görməyə gözü” olmadığı üçün adətən eynək taxaraq gözlərini ondan gizləməyə çalışdığını, digərləri isə prezident açıqlama verərkən birinci xanımın onun fikirlərinə inanmadığı və ya o fikirləri bəyənmədiyi üçün eynəkdən istifadə etdiyini iddia ediblər. 

 






















Fikirlər