Rəsulzadənin XANIMI barəsində təəccübləndirici fakt: “O, ELƏ-BELƏ adam deyil”

Gələn il Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan Azərbaycan Cümhuriyyətinin (AXC) 100 illik yubileyi dövlət səviyyəsində qeyd ediləcək.

Modern.az saytı 1918-ci il 28 may tarixində əsası qoyulan bu möhtəşəm tarixə aid “AXC-100” silsiləsi altında hazırladığı müsahibə, araşdırma, məqalələrini bundan sonra da davam etdirir.

Bu dəfə Cümhuriyyətin lideri Məhəmmədəmin Rəsulzadənin ikinci həyat yoldaşı polyak xanım Vanda haqqında maraqlı bir faktı təqdim edəcəyik.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, araşdırmaçı Zaur Əliyev Modern.az-a saytında açıqlamasında Vanda xanım barəsində yeni bir məlumatı səsləndirib:

“M.Ə. Rəsulzadənin mühacirət həyatı barədə yazan bir çoxları onun ikinci xanımı Vanda xanımın marşal Pilsudskinin qardaşı qızı olduğunu iddia edir. Polşa mənbələrində Vanda Piłsudski adlı xanımın 7 fevral 1918-ci ildə Polşada anadan olduğun yazır. Anası Aleksandra Szczerbinska və atası Jozef Pilsudskidir. Yəni Pilsudski ailəsində və nəslində bir Vanda olub və o da marşalın öz qızıdır. Yaxşı sonradan Leyla Rəsulzadə adın alan Vanda xanım kimdir?

Bütün arxiv sənədlərin ələk-vələk edirəm. O dövr üçün cəmi 3 Vanda adı xanım Rəsulzadə ilə eyni dövrdə yaşayan və onunla ailə qura biləcək şəxs var.

1. Wanda Bulhak - bu xanımın anası Maria Pilsudska və atası Piotr Pilsudskidir. Bu soyadın marşalın ailəsi ilə heç bir qohumluğu yoxdur. Bu xanım Antoni Bułhak adlı bir şəxslə ailəli olmuş, lakin nigahları uzun çəkməyib. Ehtimal böyükdür ki, fransızdilli məktəbdə oxuyan bu xanım ola bilsin.

2. Wanda Rosenberg - Eduard Rosenberg adlı tanınan Eston dissidentinin qızı. Polşaya köçən bu ailənin qızı Wandanın 1959-cu ildə Bakıda vəfat etdiyi qeyd edilir. Ola bilsin ki, bu xanım olsun və Bakıda deyil? Türkiyədə vəfat etməsi dəyişik salına bilinər.

3. Wanda Dzerzhinsky - Rus və Polşa inqilab hərəkatının üzvü Feliks Edmundoviç Djerzinskinin bacısıdır”.

Bu barədə araşdırmam davam edir. Ancaq mən inanmıram ki, Rəsulzadənın xanımı elə-belə adam olsun. Çünki bütün arxivlərdən sanki onun barəsində informasiya silinib.






Fikirlər