İlham Əliyevin Bolqarıstanın BAŞ NAZİRİ ilə təkbətək görüş olub
Yanvarın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizdə işgüzar səfərdə olan Bolqarıstanın Baş naziri Boyko Borisov ilə təkbətək görüşü olub. Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın Baş naziri Boyko Borisovu qarşılayıb. Sonra birgə foto çəkdirilib. Görüşdə ikitərəfli siyasi, iqtisadi və digər sahələrdə münasibətlərin uğurla inkişaf etdiyi bildirilib. Bolqarıstanın Baş nazirinin Azərbaycana səfərinin əlaqələrin möhkəmlənməsi baxımından əhəmiyyəti qeyd olunub, ikitərəfli münasibətlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib. AzerTaym.az