Avropada “YAY” vaxtına keçidi LƏGV etmək istəyirlər

Avropa Parlamentinin 80-ə yaxın deputatı Avropa İttifaqı ölkələrində “yay” və “qış” vaxtlarına keçid rejiminin ləğv olunması məsələsini Assambleyanın müzakirəsinə çıxarmaq niyyətindədir.

AzerTaym.az Azərtac-a istinadən xəbər verir ki, məsələnin fevralın 8-də Avropa Parlamentinin Strasburqda keçiriləcək plenar iclasında səsverməyə çıxarılması gözlənilir. Təklifin təşəbbüskarlarının fikrincə, saatın çəkilməsi iqtisadi baxımdan özünü doğrultmur və insanların narahatlığına səbəb olur.

Avropa İttifaqında “yay” və “qış” vaxtlarına keçid Avropa Parlamentinin və Aİ Şurasının 2000/84/EG göstərişi ilə tənzimlənir. O, Avropa İttifaqının bütün ölkələrində “yay” vaxtının başlanğıcının martın son bazar günü və sonunun oktyabrın son bazar günü olduğunu müəyyənləşdirir. Saatın əqrəblərinin çəkilməsinin məqsədəuyğunluğu ətrafında mübahisələr onun həyata keçirildiyi vaxtdan bəri davam edir. Hələ XX əsrin sonlarında “yay” vaxtının iqtisadi effektinin cüzi olduğu aydınlaşıb.

Asiya, Afrika və Cənubi Amerikanın bəzi ölkələri bu praktikadan imtina etsə də, Avropada və Şimali Amerikada hələ də tətbiq edilir.






Fikirlər