Avropa üçün bomba XƏBƏRDARLIĞI - Müsəlmanlar “köhnə qitə”ni ƏLƏ KEÇİRƏCƏK
“Miqrasiya böhranı Avropa İttifaqı üçün gec açılan, həm də kifayət qədər qısa bikford ipi ilə açılan bombadır”. Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu xəbərdarlıqla Rusiyanın Avropa İttifaqı yanında daimi nümayəndəsi Vladimir Çijov çıxış edib. “Bu bombanı Avropa İttifaqının özü hazırladı”, - diplomat deyib. O əlavə edib ki, vəziyyət hər növbəti ay daha kəskin hal alır. Ancaq, onun fikrincə, miqrasiya böhranı Avropa İttifaqının dağılmasına və üzv ölkələrin onun sıralarını tərk etməsinə gətirib çıxarmayacaq. “Amma avropalıların həyatı daha rahat olmayacaq. Mən nə vaxtsa belə bir frazanı eşidirdim ki, Avropa İttifaqında həyat tərzi superdir. Miqrasiya böhranı belə bir obraz və Avropa İttifaqındakı həyat səviyyəsini zərbə altına qoyur”, - Çijov yekunlaşdırıb. Qeyd edək ki, Avropa II Dünya müharibəsi illərindən sonra ən ciddi, ilk növbədə Yaxın Şərq və Şimali Afrika ölkələrində baş verən silahlı konfliktlər və kəskin iqtisadi problemlər nəticəsində yaranan miqrasiya böhranını yaşayır. Avropa İttifaqı 2015-ci-2017-ci illərdə miqrasiya probleminin həllinə 17 milyard avrodan çox xərcləyib. “Pew research Center” Amerika mərkəzinin tədqiqatının nəticələrinə əsasən, 2050-ci ilə Avropada müsəlman əhalisinin payı miqrasiya axınlarının azaldılması halında belə, 7-14 faiz arta bilər. Mərkəz hesab edir ki, müsəlmanların sayı “köhnə qitə”də 75,6 milyona çata bilər. Avropa ölkələri arasında müsəlman əhalisinin ən böyük hissəsi Fransa, Böyük Britaniya, Almaniya, İsveç və İtaliyada yaşayacaq