“ELDAR MAHMUDOV KASETLƏRLƏ HƏDƏLƏYİR…” – Debatda SENSASSİYAlı çıxışlar (VİDEO)

Prezidentliyə namizədlərin martın 21-də baş tutan üçüncü teledebatı da maraqlı çıxışlarla yadda qalıb.

“AzPolitika”nın məlumatına görə, ordu quruculuğu və təhlükəsizlikmövzusuna həsr olunmuş debatda, gözlənildiyi kimi, ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində baş verənlər namizədlərin diqqət mərkəzində olub.

Fikrimizcə, müzakirəyə çıxarılmış mövzu haqda ən məzmunlu çıxışı ADP sədri Sərdar Cəlaloğlu edib (Onun çıxışının videoyazısı başqa yazıda təqdim təqdim olunub-red.) BAXCP sədri Qüdrət Həsənquliyev, Zahid OrucHafiz Hacıyevin də çıxışları  diqqətçəkən olub.

Q.Həsənquliyev müdafiə naziri postuna mülki şəxsin gətirilməsinin və orduya ictimai nəzarətin vacibliyini vurğulayıb.

Zahid Oruc MTN-də baş verənlər və keçmiş nazir Eldar Mahmudovun həbs olunmaması məsələsini qaldırıb və Baş prokuror Zakir Qaralova suallar ünvanlayıb: “Nə gözükölgəliliyiniz var ki…”

Hafiz Hacıyev isə ənənəsinə sadiq qalaraq, çıxışında konkret vəzifəli şəxsləri hədəfə götürüb, ermənilərlə qohumluğu olan şəxslərin vəzifələrdən uzaqlaşdırılmasına çağırıb. O, “Yutub”a yerləşdirilmiş videolarla Azərbaycan rəhbərlərini təhqir edən, hədələyən şəxslərin arxasında keçmiş MTN rəhbərliyinin durduğuna da açıq eyham vurub.

Qüdrət Həsənquliyev, Zahid Oruc və Hafiz Hacıyevin çıxışlarının videoyazısını təqdim edirik:






Fikirlər