TÜRKİYƏ NÖVBƏDƏNKƏNAR PREZİDENT SEÇKİLƏRİ

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) erkən prezident seçkiləri üçün öz namizədinin adını açıqlayıb.

Trend-in məlumatına görə, prezident vəzifəsinə partiya sədri Kamal Kılıçdaroğlunun namizədliyi irəli sürülüb.

Onun namizədliyini partiya üzvlərinin 85 faizinin dəstəklədiyi bildirilir.

Xatırladaq ki, ötən gün Türkiyədə erkən prezident və parlament seçkilərinin tarixi bir il əvvələ - 2018-ci il iyunun 24-nə çəkilib.






Fikirlər