“BU BARƏDƏ İNFORMASİYAYA MALİK” – MOSKVA ABŞ-ın şok PLANINI AÇIQLADI
Suriya müxalifəti və “An-Nüsra” Cəbhəsi qruplaşması ABŞ-ın dəstəyi ilə Suriyanın cənubunda muxtariyyət yaratmağa çalışır. Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. “Deyə bilərəm ki, bu istiqamətdə şərhləri gördük. Deyə bilərəm ki, biz həmçinin bu barədə informasiyaya malikik. Həqiqətən sizin yada saldığınız informasiya həqiqətə uyğundur”, - jurnalistin sualına cavab olaraq xarici siyasət idarəsinin rəsmi nümayəndəsi brifinqdə deyib. Ötən həftə hərbi-diplomatik dairələrdəki mənbə danışıb ki, döyüşçülər və Azad Suriya Ordusunun nümayəndələri Dəməşqdən müstəqil və ABŞ-ın himayəsi altında inzibati vahid yaratmaq üçün nəzarəti altında olan əraziləri genişləndirirlər. Həmçinin bildirilirdi ki, terrorçular üç cənub əyalətində hökumət güclərinə uyğunlaşdırılmış hücumu həyata keçirməyi planlaşdırırlar. Bundan əvvəl isə Dəməşqi kimyəvi silahın tətbiqində və ya atəşkəs rejiminin pozulmasında ittiham edəcəklər. Mənbə əlavə edib ki, Birləşmiş Ştatlar döyüşçüləri dəstəkləməyə davam edir və onlara “humanitar yardım” (humanitar yardım adı altında silah-sursatın çatdırılması nəzərdə tutulur –red.) çatdırırlar.