Rusiya və Tükiyə müdafiə nazirləri Suriyanı müzakirə etdilər
Rusiyanın müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akarla görüşüb. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Moskvada keçirilmiş görüş zamanı regional təhlükəsizlik, Suriyadakı vəziyyət və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub. Qeyd olunur ki, danışıqlar əsasən Suriyada humanitar vəziyyətin nizamlanması, o cümlədən qaçqınların qayıtması ilə bağlı məsələlərə həsr olunub. Bundan başqa, Rusiya və Türkiyə müdafiə qurumlarının qarşılıqlı fəaliyyəti də müzakirə mövzusu olub. Xatırladaq ki, Hulusi Akarla birlikdə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan da Moskvadadır.