Rusiya-ABŞ müharibəsi başlanır? - Moskvadan XƏBƏRDARLIQ

Rusiya-ABŞ müharibəsi başlanır? - Moskvadan XƏBƏRDARLIQ

Rusiya aviasiyası və Suriya hökumət qoşunları ölkənin cənubunda hücuma hazırlaşır.

Publika.az xəbər verir ki, Amerika hərbi məmurlarına istinadən CNN telekanalının məlumatına görə, bu haqda Rusiya ABŞ tərəfinə xəbərdarlıq edib.

Pentaqon ehtiyat edir ki, hücum Amerka hərbçilərinin həyatını təhlükə altına qoya bilər. Telekanalın mənbələrinin sözlərinə görə, söhbət İŞİD-lə mübarizə üzrə beyəlxalq koalisiyanın bazasından gedir.

Baza Et-Tanfda, Suriya, İordaniya və İraq sərhədi yaxınlığında yerləşir. CNN qeyd edir ki, baza regionda təsir uğrunda ABŞ və Rusiya arasında gedən mübarizədə böyük əhəmiyyətə malikdir.

Moskva isə bu fikirdədir ki, regionda Amerika hərbçilərinin müdafiə etdiyi döyüşçülər toplanıb. Hələ ötən il Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirmişdi ki, Suriya və İordaniya sərhədinin yüz kilometri “qara dəliyə” çevrilib. Rusiyalı generalın sözlərinə görə, terrorçu qrupları bu “dəlik”dən hücum edilər.

“Et-Tanf Suriya-İordaniya dövlət sərhədində yüz kilometrlik “qara deşiyə” çevrilib. İŞİD-in mobil qrupları buradan Suriya qoşunları və dinc əhaliyə qarşı diversiya-terror hücumları edilir”, - Konaşenkov deyib.

Moskva bildirir ki, 2017-ci ilin aprelində Suriya-İordaniya sərhədində ABŞ hərbi bazasının genişləndirilməsi terrorçulara qarşı əməliyyatların keçirilməsi ehtiyacı ilə izah olunurdu. Amma hərbi bazanın mövcud olduğu müddətdə terrorçulara qarşı keçirilən heç bir hücum haqqında məlumatın olmadığı bildirilir.






Fikirlər