Putin Paşinyanla görüşü niyə RƏDD ETDİ? - Rus analitik DETALLARI AÇDI

 Putin Paşinyanla görüşü niyə RƏDD ETDÄ°? - Rus analitik DETALLARI AÇDI

Rus tarixçi və analitik Oleq Kuznetsov Axar.az-a müsahibə verib. 

AzerTaym.az həmin müsahibəni təqdim edir:

– Putin Ermənistan səfərindən niyə imtina etdi?

– Mən buna "imtina" deməzdim. Razılaşdırılmış səfərdən imtina əlaqələrin pozulması üçün güclü diplomatik demarşdır. Hesab edirəm ki, Rusiya ilə Ermənistan arasındakı münasibətlərdəki böhran bu qədər dərin deyil. Mən buna daha çox "səfərin təxirə salınması" deyərdim. Mixail Saakaşvilinin rəhbərliyi dövründə Rusiya-Gürcüstan münasibətlərində böhranı xatırlayırsınızsa, Rusiya xarici işlər naziri Saakaşvilinin qeyri-dəqiqliyindən danışır və onunla danışıqların mümkünsüz olduğunu açıq şəkildə elan edirdi. Hələ ki, rəsmi Kreml Baş nazir Nikol Paşinyan haqda belə bir açıqlama ilə çıxış etməyib. Bu isə o deməkdir ki, Ermənistanla Rusiya Federasiyası arasında münasibətlər lap pis deyil.

– Lap pis deyil, amma pisdir?

– Vladimir Putin Paşinyan hökumətinin bu gün apardığı daxili və xarici siyasəti bəyənmir, çünki bu, əvvəllər işlənmiş bütün mexanizmləri və qarşılıqlı təsir sxemlərini məhv edir. Putin və Paşinyanın bütün danışıqları tamamilə boş və formaldır. Heç bir dövlətin rəhbəri, əgər o diktator deyilsə, onun heç bir konkret nəticəyə gətirib çıxarmayan boş danışıqlara ayırmağa vaxtı olmamalıdır. Paşinyan Putin üçün maraqlı müsahib deyil ki, Rusiya prezidenti onunla görüşmək və ya teatr tamaşasına getmək istəsin.

Hazırda Rusiya-Ermənistan münasibətlərinin gündəliyində heç bir ümumi mövzu və ya yeni birgə layihələr mövcud deyil. Bu isə iki dövlət başçısının görüşlər keçirməsinə ehtiyac olmadığını göstərir.

– Son günlərdə bunun əksinə olaraq, Prezident İlham Əliyevlə Rusiya Prezidenti Putinin tez-tez görüş keçirdiyini müşahidə edirik. Bunu necə qiymətləndirirsiniz?

– Rusiya ilə Azərbaycan arasında əllidən çox birgə layihə ilə bağlı danışıqlar aparılıb. Onların yarısı bu ay ərzində prezidentlərin Soçi görüşündə imzalanıb. Ölkələrimizin başçıları tez-tez görüşür. Bunun səbəbi təkcə danışıqlar aparmaq və ünsiyyət qurmaq deyil, razılaşmalar əldə etməkdir.

Rusiya və Azərbaycan arasında bir çox ümumi siyasi və iqtisadi maraqlar mövcuddur ki, bunların həyata keçirilməsi obyektiv olaraq iki prezident arasında xüsusi münasibətlərin olmasını tələb edir. Buna görə də Moskva-Bakı əlaqələri güclənir.

Əksinə, Moskva İrəvanla daimi dialoq formatının saxlanılmasında heç bir məna görmür.






Fikirlər