Tahir Kərimlinin himni qısaltmaq təklifinə öz həmkarından SƏRRAST CAVAB - Video
Son günlər millət vəkili Tahir Kərimlinin Azərbaycan dövlət himninin qısaldılması ilə bağlı səsləndirdiyi təklif birmənalı qarşılanmayıb. Onun bu çıxışı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. "AzerTaym.az" bildirir ki, deputatın bu təklifinə sərrast cavab isə həmkarı Fəzail İbrahimlidən gəlib. O, verdiyi təhlildə himnə toxunmağın qəbuledilməz olduğunu bildirib. “Bir dəqiqə, bir saniyə ayaqüstə dayanmaq nə qədər yorucu görünür?! Toxunmaq olmaz belə şeylərə. Bunlarla oynamaq olmaz. Adları dəyişmək olmaz. Bunlara millətin, dövlətin tarixində müqəddəs möhür vurulub. Xahiş edirəm, bu məsələlərdən yan keçin. Başqa məsələlərlə oynamaq olar”, - deyə F. İbrahimli qeyd edib.