“YENİ MÜSAVAT” qəzetinin 29 YAŞI TAMAM oldu...
Bu gün ökənin ən çoxtirajlı qəzetləri sırasında yer alan “Yeni Müsavat”ın ad günüdür "AzerTaym.az" bildirir ki,çağdaş zamanımızın ən uzunömürlü qəzetlərindən olan “Yeni Müsavat”ın ilk sayının işıq üzü görməsindən 29 il ötür. Qəzet 1989-cu ilin noyabrın 7-də Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbu orqanı kimi yaradılıb.
“Yeni Müsavat” qəzetinin ilk sayı 10 noyabr 1989-cu ildə çap olunub. 1989-cu ilin noyabrından 1991-ci ilin sentyabrınadək “samizdat" üsulu ilə “Yeni Müsavat”ın 17 nömrəsini çıxıb. Həmin illərdə “Yeni Müsavat” gizli və qeyri-formal nəşr olunub. 2009-cu ilin noyabr ayının 8-də - qəzetin 20 illik yubileyində İsa Qəmbər təsisçiliyi Rauf Arifoğluna təhvil verib. Qəzetin 26 noyabr 2009-cu il tarixli sayında təsisçisi rəsmən dəyişib və “Yeni Müsavat” Rauf Arifoğlunun təsisçiliyi ilə işıq üzü görüb.
Qəzetin qurucusu hazırkı baş redaktor Rauf Arifoğludur.
1993-cü ilin mart ayından qəzetin təsisçiliyini Müsavat Partiyasının başqanı İsa Qəmbər alıb.
Həmkarlarımızı təbrik edir, onlara bu qəzetin 100 illiyini qeyd etmələrini arzulayırıq.