“Kim iclas KEÇİRMƏK İSTƏYİRSƏ, gəlib mənim yerimdə otursun” – Spiker 3 deputata İRAD TUTDU
Milli Məclisin sədri Oqtay Əsədov deputatlara irad tutub. Modern.az-ın məlumatına görə, Milli Məclisin sədri Oqtay Əsədov Madər Musayev, Rüfət Quliyev və İmamverdi İsmayılovun iclası pozmasına irad tutub. Spiker deyib: “Kim iclas keçirmək istəyirsə, gəlib mənim yerimdə otursun. Mən noyabrın 30-da keçiriləcək iclasın gündəliyini yüngülləşdirmək istəyirəm. İndi 4 məsələ də bir zərflə parlamentə daxil olub. Onların da müzakirəsini keçirək, qalanı isə qalsın noyabrın 30-da keçiriləcək iclasın gündəliyinə.”