“GENERALIN XANIMI BAŞINI DİVARA DÖYÜRDÜ…”- Şəkinski məhkəməyə gəlmədi

“GENERALIN XANIMI BAŞINI DİVARA DÖYÜRDÜ…”- Şəkinski məhkəməyə gəlmədiDedi ki, xərçəng xəstəsidir, yanında demirik. Elə müalicə üçün Irana aparmaq istəyirik”

Daxili Işlər Nazirliyinin Baş Cinayət-Axtarış Idarəsinin rəisi, general Emin Şəkinskinin keçmiş xanımı Gülnarə Şəkinskaya və dörd övladının – Nadiya, Həmidə, Məryəm və Cəvahirin ölkədən çıxarılması ilə bağlı məhkəmə prosesi yekunlaşmaq üzrədir. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə keçirilən dünənki iclasda bu iş üzrə məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul olunub.
Xatırladaq ki, bu iş üzrə 12 nəfər mühakimə olunur ki, onların da bir qismi qadınlardır. Təqsirləndirilən şəxslərin bir qismi həbsdədir, qalanının barəsində isə məhkəmənin yekun nəticəsi bəlli olana qədər həbslə bağlı olmayan qətimkan tədbiri seçilib. Onlara qarşı Cinayət Məcəlləsinin 177-ci (oğurluq), 320.1-ci (sənəd saxtakarlığı) və 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddələrilə ittihamlar irəli sürülüb.

“GENERALIN XANIMI BAŞINI DİVARA DÖYÜRDÜ…”- Şəkinski məhkəməyə gəlmədiAzərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin də adı bu işdə keçir. Hazırda Almaniyada yaşayan Əlövsət Əliyevin barəsində axtarış elan olunub. Bu iş üzrə axtarışda olan digər şəxs isə Gülnarə Şəkinskayanın qardaşı Fərid Yusubovdur.

Təqsirləndirilən şəxslər Gülnarə Şəkinskaya və uşaqlarına saxta sənədlər düzəldərək, onun ölkədən qaçmasına yardım etməkdə, eləcə də evdəki seyfdən Emin Şəkinskiyə məxsus 60 min pulu oğurlamaqda ittiham olunur. Lakin məhkəmədə dindirilən şəxslər oğurluq ittihamı üzrə özlərini qətiyyən təqsirli bilməyərək, ümumiyyətlə, belə bir cinayətin baş vermədiyini deyiblər.
Dünənki iclasda məhkəmə istintaqının tamamlanması barədə qərar qəbul olunmamışdan əvvəl bir sıra şəxslər şahid qismində dindirilib. Onların arasında Bərdə rayon Qeydiyyat, şəxsiyyət vəsiqəsi şöbəsinin baş inspektoru Nazim Şükürov da olub.
Nazim Şükürov ifadəsində bildirib ki, Saçlı Həsənova onun yanına gələrək, qızı kimi təqdim etdiyi Gülnarə Şəkinskaya üçün sənəd istəyib. Saçlı Həsənova “qızının” adının Aysel olduğunu bildirib. Şahidin sözlərinə görə, Ayselin başı örtülü olub, yaşca da nisbətən cavat göründüyündən Saçlı Həsənovanın qızı olduğundan şübhələnməyib. Nazim Şükürov deyir ki, Aysel kimi təqdim olunan xanım özünü qəribə aparırdı, başını divara vururdu. Saçlı Həsənovadan bunun səbəbini soruşduqda isə o, belə cavab verib: “Anasından soruşdum ki, bu qız niyə belə eləyir. Dedi ki, xərçəng xəstəsidir, yanında demirik. Elə müalicə üçün Irana aparmaq istəyirik. Ona görə də sənədlərini düzəldirik. Mən də sənədlərə baxdım, şübhəli heç nə görmədim”.

Kifayət qədər yaşı olan bir xanımın hələ də şəxsiyyət vəsiqəsi olmamasının şübhə doğurması barədə prokurorun sualına cavab verən şahid bildirib ki, bu cür hallarla tez-tez qarşılaşdıqlarına görə şübhələnməyib.

Dünənki məhkəmə iclasında digər şahidlər Murad Muradov, Əziz Cəfərov da ifadə verib. Onlar ibtidai istintaqa verdikləri ifadələri təsdiqlədiklərini bildiriblər.

“GENERALIN XANIMI BAŞINI DİVARA DÖYÜRDÜ…”- Şəkinski məhkəməyə gəlmədiÖtən məhkəmə iclasında təqsirləndirilən şəxslərin vəkilləri Emin Şəkinskinin özünün də məhkəmədə dindirilməsi barədə vəsatət qaldırmışdı. Çünki Emin Şəkinski bu iş üzrə zərərçəkmiş qismində tanınıb və bu statusla ibtidai istintaq zamanı dindirilib. Lakin məhkəmə prosesində özü iştirak etməyib. Prosesə onun nümayəndəsi qismində Asif Məmmədov qatılıb. Asif Məmmədov ötən məhkəmə iclasında çıxış edərək, Emin Şəkinskinin ibtidai istintaqa verdiyi ifadəni təsdiqlədiyini demişdi. Lakin təqsirləndirilən şəxslərin vəkillərindən Altay Muradov buna etiraz edərək bildirmişdi ki, nümayəndə zərərçəkmişin əvəzinə danışa biməz. Ona görə də Emin Şəkinski özü məhkəmədə iştirak etməlidir. Çünki zərərçəkmiş kimi ona veriləsi suallar var.
Digər vəkil Cabir Mehrəliyev də bildirmişdi ki, oğurluq ittihamı tamamilə əsassızdır və təqsirləndirilən şəxsləri daha çox həbsdə saxlamaq üçün irəli sürülüb. Vəkil bu səbəbdən Emin Şəkinskinin özünün məhkəmədə dindirilməsi barədə vəsatət qaldırmışdı. Hakim Əfqan Hacıyev də bildirmişdi ki, Emin Şəkinski məhkəməyə dəvət olunacaq.

Dünənki məhkəmə iclasında vəkillər bir daha Emin Şəkinskinin özünün prosesdə iştirakı məsələsini qaldırıb. Bu iş üzrə dövlət ittihamını müdafiə edən prokuror Fərid Nağıyev Şəkinskinin özünün məhkəmədə iştirakına ehtiyac olmadığını bildirib. Məhkəmənin də zərərçəkmişin iştirakı ilə bağlı qərarı prokurorun mövqeyinə uyğun olub.
Daha sonra bu iş üzrə məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Dövlət ittihamçısı çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Bu səbəbdən məhkəmə prosesi iyulun 29-dək təxirə salınıb.






Fikirlər