Bakı Baş Gömrük İdarəsində NƏHƏNG KORRUPSİYA
General Vüsal Novruzov həbs olunacaqmı?! Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin Bakı Baş Gömürk İdarəsində apardığı yoxlama nəticəsində ciddi maliyyə yeyintiləri üzə çıxarıb. Yoxlama nəticəsində məlum olub ki, Bakı Baş Gömürk İdarəsi Mühasibat uçotu və təchizat şöbəsinin rəis müavini, gömrük xidməti polkovnik-leytinantı Nazilə Amanulla qızı Məmmədova 01 yanvar 2016-cı ildən 27 may 2018-ci ilə kimi gəlir vergisi, məcburi dövlət sosial sığorta haqlarını və digər ödəmələri təyinatına uyğun tam ödəməyərək əsas hissəini, yəni 2 630870 (iki milyon altı yüz otuz min səkkiz yüz yetmiş) manatı həmin zaman Baş İdarənin rəisi olan, gömürk xidməti general-mayoru Vüsal Zeynal oğlu Novruzovun plastik kartına köçürüb. Beləliklə 17 ay ərzində hər ay təxminən 154757 (yüz əlli dörd min yeddiyüz əlli yeddi) manat təyinatından yayındırılaraq Bakı Baş Gömürk İdarəsi, gömürk xidməti general-mayoru Vüsal Novruzovun plastik kartına köçürüb. Bu maliyyə fırıldağının reallaşması zamanı Nazilə Məmmədova özünün plastik kartına 77090 (yetmiş yeddi min doxsan) manat köçürüb. Bundan başqa Bakı Baş Gömürk İdarəsinin 256 nəfər əməkdaşının plastik kartına 142800 (yüz qırx iki min səkkiz yüz manat), Baş idarədə işləməyən 10 nəfər kənar şəxsin plastik kartına 430520 (dörd yüz otuz min beş yüz iyyirmi) manat pul köçürülüb. Dövlət Maliyyə Nəzarəti Xidməti açıq-aşkar korrupsiya əməli olan bu faktı üzə çıxardıqdan sonra Xidmətin rəisi Cavanşir Yusifov Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə 01 may 2019-cu il tarixdə DX-03/02-03-438 saylı məktub göndərərək üzə çıxarılan faktlarla bağlı tədbir görülməsini istəyib. Dövlət Maliyyə Nəzarəti Xidməti kimi bir qurumun üzə çıxardığı bu inkar edilməz faktlar qarşısında Səfər Mehdiyev gördüyü tədbir isə Bakı Baş Gömürk İdarəsində baş verən korrupsiyanın nədən qaynaqlandığını ehtimal etməyə əsas verir. Belə, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev1000/623 Ş saylı, 20.06.2019-cu il tarixli əmri ilə Bakı Baş Gömürk İdarəsi Mühasibat uçotu və təchizat şöbəsinin rəis müavini, gömrük xidməti polkovnik-leytinantı Nazilə Amanulla qızı Məmmədova "Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 69-cu maddəsinin 6-cı bəndinə əsasən tutduğu vəzifədən azad edilib və DGK-nin sərəncamına götürülüb. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 1000/623 Ş saylı, 20.06.2019-cu il tarixli əmrində daha bir neçə maddə olsa da, ən ciddi cəza Nazilə Amanulla qızı Məmmədovanın tutduğu vəzifədən azad edilməsidir. Belə təəssürat yaranır ki, Nazilə Məmmədova 2 630870 (iki milyon altı yüz oyuz min səkkiz yüz yetmiş) manatı o zaman Bakı Baş Gömürk İdarəsinin rəisi Vüsal Zeynal oğlu Novruzovun plastik kartına deyil, Müdafiə Nazirliyinin fonduna köçürüb. Çünki, hesabına 2 630870 (iki milyon altı yüz oyuz min səkkiz yüz yetmiş) manat pul köçürülən Bakı Baş Gömürk İdarəsinin rəisi Vüsal Novruzovun məsuliyyəti ilə bağlı Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 1000/623 Ş saylı, 20.06.2019-cu il tarixli əmrində heç bir ciddi fikir yer almayıb. Halbuki, yalnız bu fakta görə onun məsuliyyətə cəlb olunmaması Azərbayanın hüquq tarixinə qara ləkə kimi düşəcək. Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev 1000/623 Ş saylı, 20.06.2019-cu il tarixli əmrində həmin qanunsuz maliyyə əməliyyatları zamanı Bakı Baş Gömürk İdarəsinin Maliyyə-tarif şöbəsinin rəisi olmuş İbrahim Rafail oğlu Mehdiyevin məsuliyyəti ilə bağlı da heç bir ciddi ifadə yoxdur. 01 yanvar 2016-cı ildən 27 may 2018-ci ilə kimi Bakı Baş Gömürk İdarəsində baş vermiş nəhəng korrupsiyadan həmin dövrdə Dövlət Gömrük Komitəsinin müfaviq qurumlarının, xüsusilə də Maliyyə və Təchizat İdarəsinin məlumatı olmaması inandırıcı deyil. Belə görünür ki, həmin dövrdə Dövlət Gömrük Komitəsinin rəhbərliyində olan şəxslər bu əməliyyatı görməzdən gəliblər və gömrükdə ən nüfuzlu şəxslərdən olan Vüsal Novruzova qarşı getməkdən çəkiniblər. Ancaq bu amil həmin dövrdə Dövlət Gömrük Komitəsinin rəhbərliyində təmisl olunan şəxslərin məsuliyyətini azaltmır. Qeyd edək ki, həmin dövrdə Səfər Mehdiyev Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsini tuturdu və qeyri-rəsmi səlahiyyətlərinə görə Dövlət Gömrük Komitəsnin sədri Aydın Əliyevdən daha güclü mövqeyə sahib idi. Bütün bunlar Səfər Mehdiyevin özünün məsuliyyəti ilə bağlı müzakirələri qaçılmaz edir. Onu da qeyd etmək yerinə düşər ki, Səfər Mehdiyev Dövlət Gömrük Komitəsinin sədri olduqdan sonra müxtəlif bəhanələrlə sabiq gömrük əməkdaşlarına birdəfəlik müavinəti ödəməkdən yayınır. Səfər Mehdiyev sabiq gömrük əməkdaşlarının qanuni və haqlı tələblərini ödəmədən yayınmaq üçün əsasən bu ödəmələr üçün müvafiq vəsaitin olmamasını bildirir. Halbuki, Nazilə Məmmədovanın Vüsal Novruzovun, özünün, Bakı Baş Gömürk İdarəsinin 256 nəfər əməkdaşının və Baş idarədə işləməyən 10 nəfər kənar şəxsin plastik kartına köçürdüyü vəsait yetər ki, qanuni haqqını aylardır gözləyən sabiq gömrükçülərin pulları ödənilsin. Son olaraq onu qeyd edək ki, Nazilə Məmmədovanın Vüsal Novruzov və özündən başqa plastik kartlarına əlavə pullar keçirdiyi Bakı Baş Gömürk İdarəsinin 256 nəfər əməkdaşının və Baş idarədə işləməyən 10 nəfər kənar şəxsin kimliyi ilə bağlı bəzi məlumatları dəqiqləşdirməyə çalışırıq. Ən nəhayət onu vurğulamaq istərdik ki, Nazilə Məmmədovanın Vüsal Novruzovun plastik kartına milyonlarla manat pul köçürdüyü zaman kəsimində Bakı Baş Gömrük İdarəsinin rəisi xidməti vəzifələsini yerinə yetirərkən fərqləndiyinə görə prezident İlham Əliyevin 27 yanvar 2017-ci il tarixli sərəncamı ilə 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Bütün bu nəhəng korrupsiya faktı ilə bağlı Dövlət Gömrük Komitəsinin rəhbərliyinin mövqeyini də dinləməyə hazırıq. Əlbətdə əgər deməyə sözləri varsa? Azad Aydın, "Yeni Sözçü” qəzeti