Suyu bulandırmağa çalışanların arzusu gözlərində qalacaq!!

Ramiz Zeynalov hədəfə alınıb - Generalın komandası da “QARA SİYAHI”da

Prezident İlham Əliyevin sərəncamı ilə güc strukturlarından ikisinin, Daxili İşlər NazirliyiDövlət Təhlükəsizlik Xidmətinin rəhbərlyində kadr dəyişikliyi həyata keçirilməsindən bir neçə ildən artıq vaxt keçsə də, bu dəyişikliklər hələ də cəmiyyətin müzakirə mövzularından biri olaraq qalmaqdadır.

Dövlət başçsıının peşəkarları hər zaman önə çəkməsi təqdir olunduğu kimi bu kadr dəyişiklikləri ilə bağlı müzakirələri tamamilə fərqli istiqamətə yönəltmək istəyənlər də çox vaxt tapılır. Belələri adətən suyu bulandırmağa çalışır və süni şəkildə gündəm yaratmağa çalışırlar.

Bu xüsusilə Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun vəzifəsindən kənarlaşdırılacağı haqqında bu günədək eyni mövzu üzərində köklənmiş ayrı-ayrı yazıların bəzi media orqanları tərəfindən dövriyyə olunmasında özünü daha bariz göstərir. Yeri gəlmişkən qeyd edək ki, Ramiz Zeynalovun vəzifəsindən kənarlaşdırılmasının gündəmdə olduğunu, hətta az qala bunu baş vermiş hadisə kimi təqdim etməyə çalışanlar Baş Dövlət Yol Polisi İdarəsinin rəisinin istefasını zəruri edə biləcək bir dənə də olsa ciddi dəlil və məqam ortaya qoya bilmirlər.Ancaq onlardan fərqli olaraq Ramiz Zeynalovun bundan sonra da vəzifəsinin başında qalmasını zəruri edən dəlillər yetərincədir. Belə dəlil və fikirlər isə yalnız hakimiyyət təmsilçiləri tərəfindən deyil, cəmiyyətdə müstəqil və obyektiv mövqeyi ilə tanınan şəxslər tərəfindən səsləndirilir. Məsələn,millət vəkili Fazil Mustafanın Baş Dövlət Yol Polisi İdarəsinin rəisinə bundan sonra etimad edilməsinin önəmindən danışıb və bunu Ramiz Zeynalovun ən peşəkar məmurlardan biri və öz sahəsində yüksək səviyyədə xidmət edən şəxs olması ilə izah edib. Deputat bəyan edib ki, Yol hərəkətinin tənzimlənməsi çox ağır sahədir. Bu vəzifəyə kimi gəldi təyin etmək, yolu kimə gəldi etibar etmək olmaz”.

Qeyd edək ki, bu çox dəqiq yanaşmadır və biz də millət vəkili Fazil Mustafanın fikirlərini tamamilə bölüşürük ki, yol hərəkətinin tənzimlənməsi çox ağır sahədir və bu vəzifəni kimə gəldi etibar olmaz. Məlum olduğu kimi Ramiz Zeynalov sovet “QAİ”sini müstəqil dövlətçiliyin tələblərinə cavab verən yol patrul xidmətinə çeviş şəxsdir. Həm də bu proses ömürün bir hissəsini “QAİ”yə vermiş şəxslərin hüquqları pozulmadan həyata keçirilib. Bəzi keçmiş sovet reapublikalarında bu proses inqialbi yolla, “QAİ”nin tamamilə ləğv edilməsi, bu strukturda işləyənlərin kütləvi sürətdə işdən kənarlaşdırılması yolu ilə həyata keçirildiyi halda, Azərbaycanda təkamül yolu həyata keçirildi.

Dövlət yol polisində yeni islahatlara ehtiyacdan danışaınlarla müəyyən mənada razılaşmaq olar. Çünki, dövlət idarəetmə aparatı, onun hər bir strukturu daima yenilənməyə ehtiyacı olan təsisatdır. Ümumiyyətlə, bəşər övladının yaratdığı hər bir qurumun, məhsulun təkamülə ehtiyacı var.Bu istiqamətdə yeni islahatlara zərurətin yarandığını ən yaxşı bilən və görən şəxslərin siyahısının önündə heç şübhəsiz Ramiz Zeynalov gəlir.Ramiz Zeynalovu bu strukturun rəhbərliyində önəmli şəxsə çevirən əsas məqamlardan biri də onun rəhbərliyi altında bu illər ərzində Dövlət Yol Polisi sistemində cəmiyyətdə rezonans yarada biləcək qalmaqalın baş verməməsidir. Halbuki, insanlarla yol polisi əməkdaşları qədər ünsiyyətdə olan çox az sayda dövlət strukturu mövcuddur. Bu amil Ramiz Zeynalovun məharətli idarəetmə qabiliyətindən xəbər verir. Heç şübhəsiz ki,Baş Dövlət Yol Polisi İdarəsi rəisinin peşəkarlığını ən yaxşı bilən şəxslərdən biri də Daxili İşlər Naziri, cənab general Vilayət Eyvazovdur.

 Vilayət Eyvazov göstəriş verdi - RAMİZ ZEYNALOV HƏRƏKƏTƏ KEÇDİ+ ÖZƏL - Günün Səsi

Nazir Vilayət Eyvazov DİN-in rəhbərliyinə kənar gətirilmədiyi, polis orqanlarında sıravidən nazirə kimi yüksəlmiş və bu yolda həyatının az qala 30 ilini vermişdir.O, daxili işlər nazirinin birinci müavni olandan hələ,polsi orqanlarında rəhbər vəzifə tutan şəxslərin fəaliyyəti və iş qabiliyyəti ilə hamıdan daha çox məlumatlıdır. Ona görə də hansısa süni gündəm yaratmaq cəhdləri ilə onun mövqeyinə təsir edilə biləcək imkanları real görünmür.

Daxili İşlər Naziri cənab Vilayət Eyvazov bu günə kimi ən iradəli zabitlərdən biri kimi tanınıb. Buna görə də Ramiz Zeynalovun istefaya göndəriləcəyi mövzusu ilə suyu bulandırmağa çalışanların "arzularının ürəyində qalacağı" və istəklərinə çatmayacaqlarını əminliklə söyləmək olar.

Azər Abdul,

"AzerTaym.az"

 






Fikirlər