Bank rəhbərləri istintaqa çağırıldı – Qətl işi, 40 milyonluq dələduzluq

Bank rəhbərləri istintaqa çağırıldı – Qətl işi, 40 milyonluq dələduzluq Parabank”da müəmmalı qətl işi və dövlətdən gizlədilən 40 milyon manatla bağlı aparılan istintaq tədbirləri davam etdirilir.

AzNews.az xəbər verir ki, istintaq tədbirləri çərçivəsində bankın daha bir neçə nəfər rəhbər şəxsi Bakı Şəhər Baş Prokurorluğunda istintaqa cəlb edilib. Onların arasında qətl hadisəsi zamanı bankın Nəsimi filialının rəhbəri vəzifəsində çalışan Bəhruz Mirzəyev və onun müavini Rəşad Dünyamalıyev də var.

Prokurorluqdakı mənbədən aldığımız məlumata görə, onların ifadələrində kifayət qədər maraqlı məqamlar var. Dindirilən şəxslərin dedikləri əvvəlki ifadələrlə ziddiyyət təşkil edir. Həmçinin, müəmmalı şəkildə həyatını itirən şəxsin öldürülməsi versiyasını daha da qüvvətləndirir.
Məlumat verdiyimiz kimi “Parabank”ın Nəsimi filialında 40 milyon manata yaxın pul saxlanılıb və dövriyyəyə buraxılıb. Bir neçə il davam edən bu hadisə həmin pullara nəzarətçi kimi qoyulan Fərhad Cəfər oğlu Abbasovun ölümündən sonra ifşa olunub.

Məlum olub ki, onun ölümünə səbəb dövlətdən gizlədilən pullardan 680 min manatın yoxa çıxması və həmin pulun tələb edilməsi olub. Amma bu hadisədən sonra Binəqədi Rayon Prokurorluğu ölüm hadisəsini özünəqəsd kimi qiymətləndirib və işə xitam verib.
Hadisədən bir müddət keçdikdən sonra Bakı Şəhər Prokurorluğu şikayət əsasında işə yenidən baxıb və istintaqın düzgün aparılmadığı qənaətinə gəlib. Onların fikrincə, insanın özünün özünə 8 bıçaq zərbəsi vurması mümkün deyil.

Bu məsələlər araşdırılan vaxt bankda dəhşətli maliyyə cinayətlərinin də üstü açılıb. Məlum olub ki, avtomobil satışı ilə məşğul olan “Kia Motors”un dövlətdən gizlədilən 40 milyon pulu “Parabank”ın Nəsimi filialında qeyri-rəsmi saxlanaraq, dövriyyəyə buraxılıb. İtən 680 milyon vəsait də həmin puldan olub.
Hazırda hadisə bağlı araşdırmalar davam etdirilir.


Bank rəhbərləri istintaqa çağırıldı – Qətl işi, 40 milyonluq dələduzluq






Fikirlər