YAP-çı deputat həbs edilən polkovnikin müdafiəsinə qalxdı – “Elə insanlara BORCLUYUQ...”

YAP-çı deputat həbs edilən polkovnikin müdafiəsinə qalxdı – “Elə insanlara borcluyuq...”

Yeni Azərbaycan Partiyasından millət vəkili Məlahət İbrahimqızı polkovnik Qadir Vəlişovun polis tərəfindən həbs edilməsinə münasibət bildirib.

“AzerTaym.az” xəbər verir ki, o, “AzPolitika.info”-ya açıqlamasında deyib ki, hərbçinin məişət zəminində həbs olunması onu narahat edir: “Qadir Vəlişov 1986-cı ildən Əfqanıstan müharibəsində çətin döyüş yolu keçib, Qarabağ müharibəsi başlayan ilk gündən Silahlı Qüvvələrimizdə xidmət edib, 1994-cü ildə Füzuli istiqamətində ağır döyüşlər zamanı ağır yaralanaraq bir il müalicə alıb. Bundan sonra ordu sıralarına qayıdıb, 15 ilə yaxın hərbi hissə komandiri olub, 2016-cı il aprel döyüşləri zamanı Talış istiqamətində hərbi əməliyyatlarda iştirak edib, Lələtəpəyə Azərbaycan bayrağını sancıb və bu döyüşlərdə ağır yaralanıb”.

M.İbrahimqızının sözlərinə görə, Azərbaycanda hüquqi dövlət olmasına, qanunun hər bir vətəndaş üçün qeyd-şərtsiz ali dəyər olmasına baxmayaraq, şərəfli və çətin mübarizə yolu keçmiş, Vətən qarşısında zəngin xidməti olmuş, cəsur qazimizin məişət zəminində baş vermiş mübahisədə, əsəb-sinir sisteminin gərginliyindən qaynaqlanaraq baş vermiş hadisədə iştirakının mətbuat vasitəsilə bu cür təqdim olunması ədalətsizlikdir: “Düşünürəm ki, Vətən qarşısında bu qədər xidmətləri olan qazimizin törətdiyi bu hadisəni onun uzun illər stress dolu bir həyat yolu keçməsilə izah etmək olar. Bu mənada yerli ictimaiyyət, xüsusilə də hüquq-mühafizə orqanları belə hallara xüsusi həssaslıqla yanaşmalıdır. Bu gün ölkəmizdə cəzaların yüngülləşdirilməsiilə bağlı Prezidentimizin imzaladığı humanist fərman və sərəncamlar, uzun illərdir ki, Prezident yanında Əfv məsələləri üzrə Dövlət Komissiyasının fəaliyyəti hər birimizdən bu cür münaqişə və insidentlərə humanist və fərdi yanaşma tələb edir. Ölkəmizin 1-ci vitse-prezidentinin təşəbbüsü ilə dəfələrlə parlamentdə qəbul olunan qanunlar hüquq-mühafizə orqanlarına cəza hökmlərindən daha çox barışıq qərarlarına üstünlük vermək üçün çağırışdır. Sözsüz ki, polkovnik Qadir Vəlişovun şərəfli hərbi xidməti, Vətənin müdafiəsində keçirdiyi stresslər onun sağlamlıq durumunda ağır izlərsiz ötüşməyib. Düşünürəm ki, zərərçəkənlər qazi, polkovnik Vəlişov Qadir qardaşımızın şücaət dolu fəaliyyətini nəzərə alaraq, ən qısa zamanda barışıq elan edəcəklər. Bununla bağlı rayon ictimaiyyəti, ağsaqqal və ağbirçəklərin üzərində də çox ciddi məsulliyyət var. Bu gün torpaqlarımızı 20 fazinin hələ də erməni işğalı altında olduğu zamanda hər bir Azərbaycan vətəndaşı Vətəni uğrunda canından keçən insanlar qarşısında borcludur”.

YAP-çı deputat həbs edilən polkovnikin müdafiəsinə qalxdı – “Elə insanlara borcluyuq...”

 






Fikirlər